“Şuşaya yaxın əraziləri Şuşa rayonunun inzibati vahidində birləşdirməklə çevik idarəetmə əldə edə bilərik”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bügünkü oclasında deputat Fazil Mustafa deyib.
Bildirib ki, Şuşada yerli özünüidarə orqanları ayrıca məkanda yerləşməlidir. Millət vəkili işğaldan əvvəl burada yaşamış sakinlərin mülkiyyət hüquqları məsələsinə də toxunub.
“Tarixi abidədən də üstün insan amilidir. Hesab edirəm ki, Şuşanın simvolu Əhməd bəy Ağaoğludur. Onun Şuşada muzeyinin yaradılmasını təklif edirəm. Bu zaman yüzlərlə turist ora gələcək.
Bizim.Media