Samarada Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirildi

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.

Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda bölmə iclasları keçirilib.

Aprelin 20-də Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda bölmə iclası keçirilib.

Tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Sonra bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.

İclasda Samara Quberniya Dumasının deputatı Qalina Kozlovskaya konfrans iştirakçılarına uğurlar arzulayıb, bu cür elmi tədbirlərin əhəmiyyətini vurğulayıb.

Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialının müdiri professor Kozlovskaya Qalina Yefimovna ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq əhəmiyyətli konfransın panel iclasının Samara filialında keçirilməsindən məmnun olduqlarını bildirib və mötəbər tədbirin təşəbbüskarı akademik Kamal Abdullaya təşəkkür edib.

Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq Mərkəzinin müdiri professor Məmməd Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan həmişə Şərqlə Qərb arasında körpü rolunu oynayıb. Professor qeyd edib ki, Şərq-Qərb sivilizasiyalarının dialoqu və ümumbəşəri vəhdət ideyası XXI

əsrdə qlobal inkişafın əsas prioritetlərindən birinə çevrilib. Azərbaycanın Rusiya ilə mədəni əlaqələrinin inkişafını vurğulayan M.Əliyev xatırladıb ki, UNESCO-nun 2001-ci ili “Sivilizasivalann dialoqu" ili elan etməsi 2008-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişlənməsi" mövzusunda beynəlxalq forumun keçirilməsi, 2009-cu ildə Bakının İslam mədəniyyətinın paytaxtı elan edilməsi, Azərbaycanda Beynəlxalq Humanitar Forumun, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun və digər mötəbər tədbirlərin keçirilməsi bu ideyanın gerçəkləşdirilməsinə xidmət edir.

Konfransın plenar iclasında ADU-nun Rusiyaşünaslıq Mərkəzinin müdiri professor Məmməd Əliyev, MPU Samara filialının direktorunun müavini Elçin Həşimov, Rusiya Dövlət Ədalət Məhkəməsi Universitetinin müəllimi İqor İvanişko, MPU Samara filialının dosenti Elina Çuykova və başqaları Azərbaycanda dini tolerantlıq və multikulturalizm, Azərbaycan-Rusiya münasibətləri, Heydər Əliyev və mədəni müxtəliflik ideyası, Şərq dillərinin tədrisi və digər mövzularda məruzələrlə çıxış ediblər.

Konfrans çərçivəsində “Prezident İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

End of content

No more pages to load

RADİO