İŞİD-in "Azəri camaatı"na qoşulan şəxs saxlanıldı - DTX-dan əməliyyat - VİDEO

Ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs saxlanılmışdır. Dövlət Təhlükəsizliyi Xidməti xarici ölkələrin ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən Azərbaycan Respublikasının vətəndaşlarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində mübarizə tədbirlərini davam etdirir.

Bizim.Media DTX-nın saytına istinadla xəbər verir ki, aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı 1986-cı il təvəllüdlü Camalov Orxan Tofiq oğlunun 2014-cü ildə ölkə hüdudlarını tərk edərək “İŞİD” terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olması, həmin qanunsuz birləşmənin tərkibində fəaliyyət göstərməsinə dair əldə edilmiş məlumatlar əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.

Əvvəllər Orxan Camalov Zaqatala rayon sakini İlqar Mollaçiyevin rəhbəri olduğu “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşmənin üzvlərinin ölkə ərazisində terror-təxribat aktları törətmək niyyətlərinin qarşısının alınması məqsədilə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvana baxış keçirilərkən əl qumbaraları və müxtəlif çaplı patronlar aşkarlandığına görə müvafiq cinayət işi üzrə məhkum olunmuşdur. Orxan Camalov azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək həmin dövlətin Rakka şəhərinə getmişdir.

Orxan Camalovun orada “İŞİD” terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Orxan Camalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

O, dindirilmə zamanı din adı altında aldadılaraq həmin bölgəyə getdiyini, orada baş verən hadisələrin dinin əsl mahiyyətinə zidd olduğunu və törətdiyi cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir.

Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın” - VİDEO

“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın” - VİDEO

"Aİ dağılır, 2025-ci il Avropada sonuncu dinc il olacaq" - Orban

"Aİ dağılır, 2025-ci il Avropada sonuncu dinc il olacaq" - Orban

Dövlət başçısı: “Ukrayna, Moldova, Gürcüstan ərazisində separatçı yuvalar var”

Dövlət başçısı: “Ukrayna, Moldova, Gürcüstan ərazisində separatçı yuvalar var”

Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər

Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırdı - FOTO

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırdı - FOTO

Hüseyn “Zəngəzur yallısı”na xərclədiyi məbləği açıqladı - VİDEO

Hüseyn “Zəngəzur yallısı”na xərclədiyi məbləği açıqladı - VİDEO

“Qələbəmizi qəbul etməyənlər məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular” - Prezident

“Qələbəmizi qəbul etməyənlər məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular” - Prezident

Bir sıra ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu

Bir sıra ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO

Dünya liderlərindən Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Dünya liderlərindən Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Moskvada "Rijski" bazarı yaxınlığında anbarlar YANIR - VİDEO

Moskvada "Rijski" bazarı yaxınlığında anbarlar YANIR - VİDEO

UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə CƏRİMƏLƏDİ

UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə CƏRİMƏLƏDİ

İlham Əliyev: "Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq”

İlham Əliyev: "Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq”

24 dekabr macərasına hazır olun - BÜRCLƏRƏ XƏBƏRDARLIQ

24 dekabr macərasına hazır olun - BÜRCLƏRƏ XƏBƏRDARLIQ

Prezident: "“Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular”

Prezident: "“Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular”

Bu şəhərdə bütün futbol matçları TƏXİRƏ SALINDI

Bu şəhərdə bütün futbol matçları TƏXİRƏ SALINDI

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

PA-nın Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin yanvar ayı üçün qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin yanvar ayı üçün qəbul CƏDVƏLİ

Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO

Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Binəli Yıldırımdan İlham Əliyevə: “Qətiyyətli mövqeyiniz bütün türk dünyası üçün qürur mənbəyidir”

Binəli Yıldırımdan İlham Əliyevə: “Qətiyyətli mövqeyiniz bütün türk dünyası üçün qürur mənbəyidir”

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sadır Japarovdan İlham Əliyevə təbrik MƏKTUBU

Sadır Japarovdan İlham Əliyevə təbrik MƏKTUBU

End of content

No more pages to load

RADİO