Maaşdan gileylənən həkim bir ildə 25 min əmək haqqı alıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim anestezioloq-reanimatoloq Kəmalə Namazovanın əməkhaqqı ilə bağlı fikirlərinə münasibət bildirib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, K.Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində ötən ilin mart ayından bir neçə tibb müəssisəsinə ezam olunub.

Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq K.Namazova yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyinə görə ona iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində müddətli əlavə ödənilir. Belə ki, K.Namazovaya 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayı da daxil olmaqla iş vaxtına/saatına mütənasib olaraq ümumilikdə 24 min 865 manat 36 qəpik müddətli əlavə ödənilib.

Həkimin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunduğu aylar üzrə ona ödənilən müddətli əlavələrin məbləği (işçi tərəfindən ödənilməli olan vergi tutulmaları daxil olmaqla) aşağıdakı cədvəldə qeyd olunur:

K.Namazovanın çalışdığı M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir. Burada çalışan səhiyyə işçiləri “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əməkhaqqı alırlar.

Qaydaya əsasən səhiyyə işçilərinin vəzifə maaşları əmək stajı və xidməti fəaliyyətinin qiymətləndirilməsi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” əsasında 18 dərəcə üzrə müəyyən edilir.

Həkim anestezioloq-reanimatoloq K.Namazovanın 14-cü dərəcə üzrə vəzifə (tarif) maaşı 423,00 manatdır. K.Namazovaya həkim anestezioloq-reanimatoloq ixtisası üzrə çalışdığı üçün sözügedən Qaydaya uyğun olaraq vəzifə (tarif) maaşından əlavə 480,00 manat aylıq sabit həvəsləndirici əlavə, hər anesteziyaya görə aparılmış xidmətlər üzrə isə tətbiq edilən tarifin 5%-i həcmində aylıq həvəsləndirici əlavənin verilməsi müəyyən edilib.

Bundan əlavə, reanimasiya, intensiv terapiya və anesteziologiya, intensiv terapiya bloklarında çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat, sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə vəzifə maaşının 15%-i miqdarında əlavə hesablanır.

Nəzərinizə çatdırırıq ki, hazırda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq tibb müəssisələrində optimallaşdırma tədbirləri görülür, yeni struktur və ştat cədvəlləri hazırlanır.

Tibb müəssisələrində çalışan əməkdaşlar üçün icbari tibbi sığorta ilə bağlı həvəsləndirici əlavələr yeni ştat cədvəli təsdiq edildikdən sonra, lakin aprel ayının 1-dən hesablanaraq ödəniləcəkdir. Yəni aprel ayından ştat cədvəli təsdiq ediləcək aya qədər olan dövr üçün bütün həvəsləndirici əlavələrin ödənişi təmin olunacaqdır. Ştat cədvəli təsdiq edilənədək əməkdaşlar əvvəlki qaydada tarif maaşı və qanunvericilikdə nəzərdə tutulmuş digər əlavələri alırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın” - VİDEO

“İstəmirəm ki, atam məhəlləyə utana-utana çıxsın” - VİDEO

"Aİ dağılır, 2025-ci il Avropada sonuncu dinc il olacaq" - Orban

"Aİ dağılır, 2025-ci il Avropada sonuncu dinc il olacaq" - Orban

Dövlət başçısı: “Ukrayna, Moldova, Gürcüstan ərazisində separatçı yuvalar var”

Dövlət başçısı: “Ukrayna, Moldova, Gürcüstan ərazisində separatçı yuvalar var”

Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər

Bu yarış onlara 1 milyardan dollardan çox pul qazandıra bilər

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırdı - FOTO

Azərbaycan Din Xadimlərinin II Forumu işini yekunlaşdırdı - FOTO

Hüseyn “Zəngəzur yallısı”na xərclədiyi məbləği açıqladı - VİDEO

Hüseyn “Zəngəzur yallısı”na xərclədiyi məbləği açıqladı - VİDEO

“Qələbəmizi qəbul etməyənlər məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular” - Prezident

“Qələbəmizi qəbul etməyənlər məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular” - Prezident

Bir sıra ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu

Bir sıra ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət qoyuldu

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO

Leyla Əliyeva Mərkəzi Nəbatat bağında uşaqlar üçün təşkil olunan TƏDBİRDƏ - FOTO

Dünya liderlərindən Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Dünya liderlərindən Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Moskvada "Rijski" bazarı yaxınlığında anbarlar YANIR - VİDEO

Moskvada "Rijski" bazarı yaxınlığında anbarlar YANIR - VİDEO

UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə CƏRİMƏLƏDİ

UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə CƏRİMƏLƏDİ

İlham Əliyev: "Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq”

İlham Əliyev: "Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq”

24 dekabr macərasına hazır olun - BÜRCLƏRƏ XƏBƏRDARLIQ

24 dekabr macərasına hazır olun - BÜRCLƏRƏ XƏBƏRDARLIQ

Prezident: "“Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular”

Prezident: "“Qarabağ Ermənistandır və nöqtə" deyənlər "Qarabağ Azərbaycandır!" deməyə məcbur oldular”

Bu şəhərdə bütün futbol matçları TƏXİRƏ SALINDI

Bu şəhərdə bütün futbol matçları TƏXİRƏ SALINDI

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

PA-nın Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin yanvar ayı üçün qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin yanvar ayı üçün qəbul CƏDVƏLİ

Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO

Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Binəli Yıldırımdan İlham Əliyevə: “Qətiyyətli mövqeyiniz bütün türk dünyası üçün qürur mənbəyidir”

Binəli Yıldırımdan İlham Əliyevə: “Qətiyyətli mövqeyiniz bütün türk dünyası üçün qürur mənbəyidir”

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sadır Japarovdan İlham Əliyevə təbrik MƏKTUBU

Sadır Japarovdan İlham Əliyevə təbrik MƏKTUBU

End of content

No more pages to load

RADİO