"Toyota Prado" belə qaçırıldı - Bakıdakı oğurluğun ANBAAN VİDEOSU

Binəqədi rayonunda “Toyota Prado” markalı avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, naməlum şəxs sürücünün avtomobili işlək vəziyyətdə qoyaraq nəqliyyat vasitəsini tərk etməsindən istifadə edərək maşını qaçırıb.

Zərərçəkən vətəndaş ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edəndən dərhal sonra nəqliyyat vasitəsinin axtarışlarına başlanılıb.

Qısa zamanda görülən tədbir nəticəsində avtomobilin Yasamal rayonu ərazisində hərəkət etdiyi müəyyən edilib. Maşını qaçıran şəxs polis əməkdaşlarına tabe olmayaraq nəqliyyat vasitəsini dayandırmaq istəməsə də, 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində o, saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman avtomobili qaçıran şəxsin paytaxt sakini əvvəllər məhkum olunmuş Mirzəağa Zərbəliyev olduğu müəyyən edilib. O, ifadəsində nəqliyyat vasitəsini talamaq yox, sürmək məqsədi ilə qaçırdığını bildirib. Mirzağa Zərbəliyevin nəqliyyat vasitəsini qaçırması və idarə etməsi kameralar vasitəsi ilə qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt ərazisində yerləşən restoranlardan birində kuryerlik fəaliyyəti ilə məşğul olan bir nəfərin mopedini oğurlayan Xanlar Vəlişov və Seymur Sadıqov tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər qeyd edilən restorandan yaşadıqları evə yemək sifariş ediblər.

Kuryer yeməyi mənzilə qaldıran zaman əvvəldən razılaşdırdıqları kimi dəstə üzvü olan Seymur Sadıqov mopedi idarə edərək hadisə yerindən yayınıb. Dəstə üzvləri saxlanılan zaman oğurladıqları moped də onlardan aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların digər qanunsuz əməllərinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirildi - FOTO

PA-nın Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin yanvar ayı üçün qəbul CƏDVƏLİ

PA-nın Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin yanvar ayı üçün qəbul CƏDVƏLİ

Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO

Qusarda şəhid və qazi ailələri ziyarət edildi - FOTO

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Zakir Həsənov Liviyaya başsağlığı verdi

Binəli Yıldırımdan İlham Əliyevə: “Qətiyyətli mövqeyiniz bütün türk dünyası üçün qürur mənbəyidir”

Binəli Yıldırımdan İlham Əliyevə: “Qətiyyətli mövqeyiniz bütün türk dünyası üçün qürur mənbəyidir”

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Sadır Japarovdan İlham Əliyevə təbrik MƏKTUBU

Sadır Japarovdan İlham Əliyevə təbrik MƏKTUBU

Qubada gəlin qayınanasının başını divara çırpdı -Çay hazırlamaq DAVASI

Qubada gəlin qayınanasının başını divara çırpdı -Çay hazırlamaq DAVASI

Dövlət başçısı: “Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik”

Dövlət başçısı: “Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik”

Dünyanın ən dəyərli idman klublarının REYTİNQİ

Dünyanın ən dəyərli idman klublarının REYTİNQİ

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Prezident: “Sanksiyalar tətbiq edilsəydi, Ermənistan işğala son qoyardı”

Prezident: “Sanksiyalar tətbiq edilsəydi, Ermənistan işğala son qoyardı”

Orbandan İlham Əliyevə MƏKTUB

Orbandan İlham Əliyevə MƏKTUB

Gələn ilin əvvəlində Ağdama 1164 ailə köçürüləcək

Gələn ilin əvvəlində Ağdama 1164 ailə köçürüləcək

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO

Prezident: “Biz işğalı necə unuda bilərik?!”

Prezident: “Biz işğalı necə unuda bilərik?!”

Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı AÇIQLAMA

Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı AÇIQLAMA

İlham Əliyev: “Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür”

İlham Əliyev: “Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür”

Bakı və Sumqayıtda Yeni il yarmarkaları fəaliyyətə başlayır

Bakı və Sumqayıtda Yeni il yarmarkaları fəaliyyətə başlayır

“Həzi Aslanov” metrostansiyasında TƏMİR nə vaxt YEKUNLAŞACAQ? – Rəsmi AÇIQLAMA

“Həzi Aslanov” metrostansiyasında TƏMİR nə vaxt YEKUNLAŞACAQ? – Rəsmi AÇIQLAMA

Avtomobildə yanaraq həyatını itirən 3 yaşlı uşağın FOTOSU - ÖZƏL

Avtomobildə yanaraq həyatını itirən 3 yaşlı uşağın FOTOSU - ÖZƏL

Vernidub həmyerlisini “Neftçi”də SAXLAYACAQ

Vernidub həmyerlisini “Neftçi”də SAXLAYACAQ

Ağcabədidə doğuş zamanı körpənin MÜƏMMALI ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Ağcabədidə doğuş zamanı körpənin MÜƏMMALI ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO