Bu şəxslər dövlət vəsaiti hesabına DƏFN EDİLƏCƏK

Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, qanun layihəsinə görə, qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək.

Həmçinin, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə, Mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), vəfat etdikdə, həmçinin onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara və aidiyyəti dövlət orqanlarına məlumat verilməsini təmin etməlidir.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına təhvil veriləcək.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn ediləcək. Həmin müddətdə meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumunun meyitxanasında saxlanılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Birgə ƏMƏLİYYAT: Məhkumun torpağa basdıraraq gizlətdiyi silah aşkarlandı - FOTO

Birgə ƏMƏLİYYAT: Məhkumun torpağa basdıraraq gizlətdiyi silah aşkarlandı - FOTO

Xocavəndə köçən 27 ailəyə evlərinin açarları təqdim edildi – FOTO

Xocavəndə köçən 27 ailəyə evlərinin açarları təqdim edildi – FOTO

Rusiya ordusunda kadr dəyişikliyi: Putin onlara vəzifə VERDİ – ADLAR

Rusiya ordusunda kadr dəyişikliyi: Putin onlara vəzifə VERDİ – ADLAR

Yeni və tam təmirli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Yeni və tam təmirli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Siqareti tərgitmək üçün başına məftil qəfəs taxdı

Siqareti tərgitmək üçün başına məftil qəfəs taxdı

Azərbaycanı dünya çempionatında təmsil edəcək 14 cüdoçu – SİYAHI

Azərbaycanı dünya çempionatında təmsil edəcək 14 cüdoçu – SİYAHI

Hikmət Hacıyevdən SƏRT AÇIQLAMA: Azərbaycan buna heç vaxt icazə verməz

Hikmət Hacıyevdən SƏRT AÇIQLAMA: Azərbaycan buna heç vaxt icazə verməz

Tramp Zelenskiyə Patriot raketlərinin verilməsindən imtina edib

Tramp Zelenskiyə Patriot raketlərinin verilməsindən imtina edib

Doğma torpağında xidmət edən gəncin bir günü - VİDEO

Doğma torpağında xidmət edən gəncin bir günü - VİDEO

Outlet geyimləri ilə bağlı həqiqətlər: Satılan məhsulların mənşəyi nədir?

Outlet geyimləri ilə bağlı həqiqətlər: Satılan məhsulların mənşəyi nədir?

Avqustun 13-ü ilə bağlı yayılan iddialar doğrudur? - BDU-dan CAVAB

Avqustun 13-ü ilə bağlı yayılan iddialar doğrudur? - BDU-dan CAVAB

Kubalı voleybolçu "Turan"a transfer olundu

Kubalı voleybolçu "Turan"a transfer olundu

Tərtərin hərbi komissarı işdən çıxarıldı

Tərtərin hərbi komissarı işdən çıxarıldı

Keçmiş arvadına 14 bıçaq zərbəsi vuran şəxsə AĞIR CƏZA

Keçmiş arvadına 14 bıçaq zərbəsi vuran şəxsə AĞIR CƏZA

Ceki Çan İçərişəhərdə: Bəzi səhnələr lentə alınır – VİDEO

Ceki Çan İçərişəhərdə: Bəzi səhnələr lentə alınır – VİDEO

Bu şəxslər 50 min manatadək CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Bu şəxslər 50 min manatadək CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Lənkəranda ağır qəza: 3 nəfər xəsarət aldı - VİDEO

Lənkəranda ağır qəza: 3 nəfər xəsarət aldı - VİDEO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının SİYAHISI hazırlanacaq

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının SİYAHISI hazırlanacaq

Maykl Duqlas Mayorka adasının fəxri səfiri adına layiq görüldü – FOTO

Maykl Duqlas Mayorka adasının fəxri səfiri adına layiq görüldü – FOTO

Bakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu

Bakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu

Rusiya ordusu Xersonda “yük maşınına dronla zərbə endirdi – VİDEO

Rusiya ordusu Xersonda “yük maşınına dronla zərbə endirdi – VİDEO

Moskvada pişik iti parçalayaraq öldürdü

Moskvada pişik iti parçalayaraq öldürdü

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏBLƏR

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏBLƏR

KXDR Ukraynaya zərbələr üçün Rusiyada raket bölməsi yaradır

KXDR Ukraynaya zərbələr üçün Rusiyada raket bölməsi yaradır

End of content

No more pages to load

RADİO