Lənkəranda İcra Hakimiyyətinin inzibati ərazi üzrə iki nümayəndəsi barəsində cinayət işi başlanılıb.
Bizim.Media-nın məlumatına görə, Şürük kənd üzrə icra nümayəndəsi Köçəriyev Faiq Qüdrət oğlu və Vilvan kənd üzrə icra nümayəndəsi Yusubov Ağayar İzzət oğlu rüşvət almaqda təqsirli bilinirlər.
Onlar barəsində olan cinayət işinin istintaqı başa çataraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media