Prezident nekroloq imzaladı

Azərbaycan Respublikasının Prezidenti xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bizim.Media xəbər verir ki, nekroloq mətnində deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Teymur oğlu Salahov 2021-ci il mayın 21-də ömrünün 93-cü ilində vəfat etmişdir.

Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1951–1957-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.
 

Tahir Salahov 1963–1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərmiş və 1984–1992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışmışdır.


Tahir Salahov 1979–1983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti, 1983-cü ildən fəxri prezidenti olmuş, 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü olmuşdur.

Tahir Salahov zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olmuş və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri vardır.

“Sərt üslub” adlandırılan istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə yaşayan novator sənətkarın qrafik lövhələrində, mənzərə və natürmortlarında yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapmışdır.

Rəssam tariximizin və mədəniyyətimizin unudulmaz şəxsiyyətlərinin portretlərinin geniş qalereyasını yaratmış, bununla Azərbaycan boyakarlığının kamil nümunələrini meydana gətirmişdir.

Sənətkarın mövzu və janr əlvanlığı, bədii forma rəngarəngliyi və estetik kamilliyi ilə səciyyələnən, ali məqsədlər naminə humanist fikirlər təlqin edən, hər birində Vətən torpağına sonsuz məhəbbət duyulan ecazkar tabloları mədəni irsimizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutmuşdur.

Tahir Salahov eyni zamanda teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərmiş, məharətli teatr rəssamı kimi səhnə əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar vermişdir.

Tahir Salahovun dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olmuşdur.

Pedaqoq kimi biliyini, təcrübə və bacarığını gənc fırça ustalarının yetişdirilməsi işinə sərf etmiş Tahir Salahovun misilsiz yaradıcılıq təcrübəsi neçə-neçə yeni rəssamlar nəsli üçün bundan sonra da məktəb rolunu oynayacaqdır.

Tahir Salahov, həmçinin ictimai xadim kimi tanınmış, SSRİ Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin bir neçə çağırış deputatı seçilmiş və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, mədəniyyət siyasətinin həyata keçirilməsinə töhfələr vermişdir.
 

Çoxsaylı beynəlxalq mükafatlara layiq görülən Tahir Salahovun uzunmüddətli səmərəli yaradıcılığı və məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir.


Müstəqil respublikamızın ali mükafatlarından olan “Heydər Əliyev”, “İstiqlal” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilməsi doğma Vətənində onun sənətinə və şəxsiyyətinə dərin ehtiramın təzahürüdür.

Görkəmli sənətkar, böyük ictimai xadim, əsl ziyalı və səmimi insan Tahir Teymur oğlu Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Fərhad Xəlilov

Ömər Eldarov

Salxab Məmmədov

Ağəli İbrahimov

Fuad Salayev".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

"Mançester Yunayted"in 7 HƏDƏFİ

"Mançester Yunayted"in 7 HƏDƏFİ

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

End of content

No more pages to load

RADİO