Qida cinayəti - Ərzaq məhsullarının “KARUSEL ƏMƏLİYYATI”

Ərzaq təhlükəsizliyi dünyanın hər bir ölkəsi üçün ciddi strateji məsələdir. Qloballaşan dünyada bu təhlükəsizliyi təmin etmək müşkül məsələyə çevirilib. Dünyanın qida sənayesində insan orqanizminə zərər vuracaq çoxçeşidli məhsullar istehsal olunur. Həmin məhsulların istifadə müddəti bitdikdə isə təhlükə dəfələrlə yüksəlmiş olur.

Təəssüf ki, Azərbaycanın ərzaq bazarı da zərərli, o cümlədən də istifadə müddəti bitmiş məhsullarla “zəngindir”.

Bu barədə fakt, şikayət və narazılıqlar mətbuat orqanlarında, sosial şəbəkələrdə dəfələrlə yer alıb. Dövlət qurumları tərəfindən hətta dəfələrlə məhsulların istifadə tarixinin dəyişdirilməsi ilə məşğul olan obyektlər üzə çıxıb. Amma bu cür məhsulların rəflərdən tamamilə yığışdrılması mümkün olmayıb.

Mətbu orqanlarında “Bizim market”, “OBA” market, “Araz” kimi böyük ticarət mərkəzlərində də yararlılıq müddəti keçən məhsul satışı ilə bağlı faktlar yer alsa da  nədənsə AQTA-nın məlumatlarında daim kiçik dükanların adı çəkilib, onlarla bağlı müvafiq tədbirlərin görüldüyü açıqlanıb. 

Ölkəmizdə istifadə müddəti keçmiş məhsullar müxtəlif prosedurlardan sonra yenidən həmin rəflərə qaytarılmaqla bərabər, bəzən belə məhsullar rayonlara yol açır, kafe-restoranlarda, şadlıq saraylarında masamızın üzərinə gətirilir.   

Kütləvi şəkildə tuğyan edən ərzaq cinayətinin qarşısı necə alınmalı, bununla necə mübarizə aparılmalı, istehlakçılar mağazalarda onları necə ayırd etməlidirlər? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, yararlılıq müddəti keçmiş məhsulların satışının qadağan olması qanunlarımızda öz əksini tapsa da, onlarda boşluqların olması bu kimi halların davam etməsinə şərait yaradır:  

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, ”Yeyinti məhsulları haqqında” Qanunlarda, eləcə  də Nazirlər Kabinetinin 95 saylı qərarında qeyd olunub ki, yararlılıq müddəti keçmiş məhsulların satışı qadağandır. Vaxtı keçmiş məhsulları satan marketləri isə hər bir məhsula görə 1500 manata qədər cərimə gözləyir. Marketlər bu cür malları distibrüterə və ya istehsalçıya qaytarır. İstehsalçı isə onları yenidən qablaşdırır və istifadə müddəti ilə bağlı tarixini dəyişdirərək yenidən mağazalara göndərirlər”. 

Eyyub Hüseynov bildirir ki, xüsusi proqram var ki, onun vasitəsilə istifadə müddəti keçmiş məhsullar satışdan çıxarıla bilər:  
 

“Proqramın vasitəsilə vaxtı keçmiş məhsulların kodları skaynerə oxunmur. Proqramın bazası Qida Təhlükəsizlik Agentliyinin serverinə inteqrasiya oluna bilər ki, qurumda ofisdə oturaraq, hansı marketdə nə qədər istifadə müddəti keçmiş məhsulun olduğu görünər.

 

Amma təəssüf ki, bu proqramı nə marketlər, nə də AQTA əldə etmək istəmir. Digər tərəfdən isə Mərkəzi Avropa ölkələrində mağazalar şəbəkəsi mövcuddur - onlarda istifadə müddətinin bitməsinə az qalımış məhsullar satılır və hər kəsin bu haqda məlumatı olur. Azərbaycanda da bu cür mağazalar açıla bilər. Müddəti bitən mallar isə məhv edilməli və ya qeyri ərzaq istehsalında istifadə olunmalıdır”.  

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:24 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:24 dekabrda baş vermiş tarixi hadisələr

İlin ƏN YAXŞISI seçildi

İlin ƏN YAXŞISI seçildi

"Həmin qız mənim paltarımda gəlin köçdü"

"Həmin qız mənim paltarımda gəlin köçdü"

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

"Mançester Yunayted"in 7 HƏDƏFİ

"Mançester Yunayted"in 7 HƏDƏFİ

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

End of content

No more pages to load

RADİO