Bərdə və Tərtər icra hakimiyyətlərinin sümürdüyü milyonlar – QUM BİZNESİ  

Azərbaycanda faydalı qazıntılar sahəsində özbaşınalıq hökm sürür. Son vaxtlar ictimaiyyətdə bu sahənin istehsalı ilə bağlı xoşagəlməz məlumatlar yayılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuata verdiyi açıqlamaya görə mütəmadi olaraq neqativ hallara qarşı nəzarət və mübarizə tədbirləri həyata keçirirlər.  

Bizim.Media-ya daxil olan məlumata görə Kəlbəcər, Ağdərə, Bərdə və Tərtər rayonları ərazisindən axan Tərtərçaydan qum və çınqıl istehsalı zamanı normativlər pozulur.

İddiaya görə yerli icra hakimiyyətləri müvafiq Agentliyin icazəsi olmadan Kür çayının sol qolu hesab olunan Tərtərçaydan qum və çınqıl istehsalını həyata keçirir. Üstəlik bu işləri qeyri-qanuni qaydada görən Tərtər və Bərdə icra hakimiyyətləri yer təkindən əldə etdikləri qazıntıya görə külli miqdarda qazanc əldə edirlər. Maraqlısı isə odur ki, sözügedən istehsala icazə verən icra stukturları Tərtərçaydan gil-qum çıxaran şirkətlərə bununla bağlı nə sənəd verir, nə də istehsal prosesinin mexanizminə və tələblərinə nəzarət edir. Nəticə etibarilə isə ekaloji tarazlıq pozulur.

Məlumata görə Tərtərçaydan qum, gil və ya çınqıl çıxarılarkən çayın dibinə 5 metr enmək lazım olduğu halda, 30-40 metr dərinlikdə daxil qazma işləri aparılır. Bundan əlavə həmin çay üzərində suvarma, enerji məqsədləri üçün Sərsəng və Suqovuşan su anbarlarının mövcudluğu çaydan çıxarılan qum, gil və çınqılın yenidən bərpa olunmasına imkan vermir.

“Bakıda oturub, ora sərəncam verə bilməzlər”

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov saytımıza açıqlamasında deyib ki, təbiətə müdaxilə yolverilməzdir:
 

“Heç kəsin ixtiyarı yoxdur ki, çaya müdaxilə etsin və məcrasını pozsunlar. Çaydan qum, çınqıl çıxaranda və məcrası pozulanda kəndləri su basır.


Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işləri görməyə icazə verməməlidir. Amma indi XXI, kommersiya və müdiriyyət əsridir. Hər şeyi alırlar və pulla satırlar. Tərtərçaydan da qum və gilin daşınmasına yerli icra hakimiyyətləri imkan verir. Bakıda oturub ora sərəncam verə bilməzlər. Hər rayonun özünün ağası var”.

Ekspert çaydan gil, qum və çınqılın daşınmasının ekoloji problemlərə yol açdığını da vurğulayıb:

“Birincisi, çayın məcrası dəyişir, sel və ya daşğın cayın məcrası ilə getmir, kəndləri su basır. İkincisi, əgər çaya müdaxilə edilirsə, demək ki, yaşıllıq məhv olunur ki, ora daxil olmaq mümkün olsun. Üçüncüsü isə, buxarlanmanın qabağı kəsilir”, deyə Telman Zeynalov əlavə edib.

“Yer təkindən istifadə icazəsini Agentlik verir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyin rəhbəri Samir Qurbanovun sözlərinə görə yerin təkindən istifadə ilə bağlı icazə sənədini təmsil etdiyi Agentlik verir:

“Yerin təkindən istifadə etmək hüququ qazanmaq istəyən hər bir şəxs Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliklə birgə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət etməklə hərraclarda iştirak edə bilərlər. Biz artıq bu proseslərə başlamışıq. Respublikanın tarixində ilk dəfə olaraq bu ildən etibarən yerin altına olan münasibətdə faydalı qazıntı yatağından istifadə etmək hüququ yalnız hərrac və ya müsabiqə yolu ilə keçirilir. Sahibkarlar açıq hərracda iştirak edirlər və rəqabətli mühitdə yer təkindən istifadə etmək hüququ qazanırlar. Bununla da onlar icazə sənədi əldə etmiş olurlar”.

“Cərimələr müəyyən olunur, dəymiş ziyan hesablanır”

Samir Qurbanov qeyd edib ki, Agentlik Nazirliyin digər qurumları ilə birgə yerlərdə mütəmadi monitorinqlər də təşkil edir:
 

“Monitorinqlər zamanı yer təkindən istifadə edənlərin fəaliyyəti qiymətləndirilir və nöqsanlar aşkarlanır. Həmçinin hüquqi müstəvidə tədbirlər görülür. Yəni cərimələr müəyyən olunur, dəymiş ziyan məbləği hesablanır və məhkəməyə müraciət olunur.

 

Daha təcili tədbirlər görülməsi üçün isə hüquq mühafizə orqanlarına müraciət olunur. Təbii ki, təbiəti qorumaq hər birimizin borcudur və Konstirusiyada müəyyən olunmuş bir məqamdır. Bu baxımdan dövlət qurumu olaraq bu sahəyə nəzarət edirik və ciddi nöqsanlarla bağlı müvafiq tədbirlər görülür”.

“Çay yataqlarında dərinlik 1-5 metr dərinlikdə müəyyən olunub”

Agentlik rəsmisi Tərtərçayda qum-çınql istehsalı zamanı yol verilən nöqsanlara da toxunub. O, deyib ki, yer təkindən istifadə zamanı müəyyən istismar normaları var ki, orada istehsal prosesinin hansı dərinlikdə aparılması nəzərdə tutulur:

“Çay yataqlarında dərinlik 1-5 metr dərinlikdə müəyyən olunub. Bu günkü praktika göstərir ki, yer təki istismarçıları tərəfindən bu normalara əməl olunmur. Bu normalara əməl olunması üçün səlahiyyətli qurum olaraq ciddi təsirli tədbirlər görürük. Müəyyən sahədə fəaliyyəti dayandırmışıq. Fəaliyyətin fəsadları və dəymiş ziyan məbləği hesablanır. Bütün fəaliyyətlə bağlı tədbirlər görülür, Tərtərçay da daxil olmaqla...
 

Məsələ burasındadır ki, icazə sənədi olan və ya olmayan şirkətlər bu nöqsanlara, yaxud boşluqlara yol verir”.


Samir Qurbanov bildirib ki, təbiətə müdaxilə ekoloji fəsad yaratmasını labüd edir:

“Bu, son nəticədə ekoloji tarazlığın pozulması ilə nəticələnir və özlüyündə ciddi problemlərə yol açır. Amma biz yer təkindən istifadəni qanunvericiliyə uyğun olaraq auksion və istismarını təmin edirik. Bu halda yer təki ilə bağlı qanunvericilik tələblərinə müvafiq proseslər həyata keçirilir. İlk gündən sahibkara hansı qaydada iş görülməsi mexanizmləri izah olunur. Neçə metr dərinliyə qədər istismar etməsi diqqətinə çatdırılır. Yaranan problemlərin çoxu da məlumatsızlıqdan irəli gəlir. Siz sürücüsüzsə və vəsiqə verilirsə, deyilmir ki, qanunsuz fəaliyyət göstər. Yer təkində də qaydalar var”.

“Yeraltındakı ehtiyata icra hakimiyyətləri sərəncam verə bilməz”

Qurum rəsmisi onu da əlavə edib ki, yer təki haqqında qanunvericilliyə əsasən yerli icra hakimiyyətləri yer səthinə münasibətdə sərəncam verə bilərlər:

“Yerin altında ehtiyat varsa, buna səlahiyyətli qurum Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentlikdir. Sadəcə olaraq Agentlik yerin təkindən istifadəyə icazə sənədi verdikdə yerli icra hakimiyyəti müvafiq torpaq ayırma sənədinin verilməsini təmin edir”.

Qeyd edək ki, Tərtərçay öz mənbəyini Kiçik Qafqazda 3120 m yüksəklikdən götürür və 31 qolu var. Xaçınçay Kiçik Qafqazın Hacı-Yurd (2397 m), Uyuxlu (2316 m), Çiçəkli (2343 m), Alla-Qaya (2585 m) dağlarının bulaqlarından formalaşır.

Məsələ ilə bağlı Bərdə və Tərtər icra hakimiyyətlərindən mövqe ala bilmədik. Onların da mövqeyini dərc etməyə hazırıq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Təranə toy qiymətini AÇIQLADI: “Rayona 10 minə…” - VİDEO

Təranə toy qiymətini AÇIQLADI: “Rayona 10 minə…” - VİDEO

Slovakiya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Slovakiya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO