Zakir Həsənov ABŞ nümayəndələri ilə mühüm görüş keçirdi

Mayın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Vaşinqtonda fəaliyyət göstərən Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Z.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi.
 

Qazanılan qələbənin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini xüsusi qeyd edən Müdafiə naziri azad edilmiş ərazilərdə Azərbaycan Ordusu tərəfindən hazırda həyata keçirilən tədbirlər haqqında da qonaqları məlumatlandırıb.


Öz növbəsində, nümayəndə heyətinin üzvləri müharibənin ilk günündən döyüşlər haqqında məlumatları diqqətlə izlədiklərini bildiriblər.

Müxtəlif qoşun növlərinin cəlb olunması ilə həyata keçirilən əməliyyatların təhlilini apardıqlarını qeyd edən qonaqlar ABŞ, eləcə də digər ölkələrin hərbi ekspertləri tərəfindən Azərbaycan Ordusunun bu müharibədə qazandığı təcrübənin, tətbiq olunan taktika və döyüş üslubunun dərindən öyrənildiyini xüsusi vurğulayıblar.

Qeyd edək ki, görüşdə Xəzər Siyasi Mərkəzinin idarə heyətinin üzvləri Riçard Hoqland və Robert Sekuta, eləcə də ABŞ Ordusunun ehtiyatda olan general-mayoru Maykl Repass da iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb - FOTO

Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb - FOTO

Zelenski: “Vəziyyəti kökündən dəyişə biləcək danışıqlar davam edir”

Zelenski: “Vəziyyəti kökündən dəyişə biləcək danışıqlar davam edir”

“Ata Abdullayev amnistiyaya düşmür” - Vəkilindən AÇIQLAMA

“Ata Abdullayev amnistiyaya düşmür” - Vəkilindən AÇIQLAMA

Bu gün İstanbul derbisi var

Bu gün İstanbul derbisi var

İdmançılarımız 2025-ci ildə rekord sayda medal QAZANIBLAR

İdmançılarımız 2025-ci ildə rekord sayda medal QAZANIBLAR

“Xüsusi Təyinatlıların, Qazilərin, Şəhid Ailələri və Veteranların” İctimai Birliyinin sədrindən Prezidentə MƏKTUB

“Xüsusi Təyinatlıların, Qazilərin, Şəhid Ailələri və Veteranların” İctimai Birliyinin sədrindən Prezidentə MƏKTUB

İcbari tibbi sığorta ilə 347 mindən çox əməliyyat icra olunub – RƏSMİ

İcbari tibbi sığorta ilə 347 mindən çox əməliyyat icra olunub – RƏSMİ

Tarixi məsuliyyət və müasir liderlik nümunəsi: İlham Əliyev fenomeni

Tarixi məsuliyyət və müasir liderlik nümunəsi: İlham Əliyev fenomeni

Ermənistan vətəndaşlarının məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTO

Ermənistan vətəndaşlarının məhkəməsi son söz çıxışları ilə davam etdirilib - FOTO

SON DƏQİQƏ: Türkiyədə minimum əməkhaqqı 28 min lirə oldu

SON DƏQİQƏ: Türkiyədə minimum əməkhaqqı 28 min lirə oldu

Çindən Ukraynaya ÇAĞIRIŞ: “Səhvlərini dərhal düzəltsin”

Çindən Ukraynaya ÇAĞIRIŞ: “Səhvlərini dərhal düzəltsin”

Taksilərlə bağlı KVOTA müəyyən edildi

Taksilərlə bağlı KVOTA müəyyən edildi

Qənimət Zahidə HÖKM OXUNDU

Qənimət Zahidə HÖKM OXUNDU

"Milan" 18 yaşlı hücumçu TRANSFER ETDİ

"Milan" 18 yaşlı hücumçu TRANSFER ETDİ

Üçüncü dəfə insult keçirən Əsabəli Mustafayevin SON DURUMU açıqlandı

Üçüncü dəfə insult keçirən Əsabəli Mustafayevin SON DURUMU açıqlandı

Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Pezeşkian İlham Əliyevə ZƏNG ETDİ

Dekabrın son günləri bu bürclər üçün xoşbəxtlik VƏD EDİR

Dekabrın son günləri bu bürclər üçün xoşbəxtlik VƏD EDİR

Ceyhun Bayramov və UNESCO-nun Baş katibi arasında telefon danışığı olub

Ceyhun Bayramov və UNESCO-nun Baş katibi arasında telefon danışığı olub

Stankoviçin təyinatı AÇIQLANDI

Stankoviçin təyinatı AÇIQLANDI

Sürücülərin DİQQƏTİNƏ: Bakının 18 küçə və prospektində tıxac var

Sürücülərin DİQQƏTİNƏ: Bakının 18 küçə və prospektində tıxac var

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

Yaradılan ixtiraya görə işçi və işəgötürən arasında gəlirlər belə BÖLÜŞDÜRÜLƏCƏK

Azərbaycanda asbestdən istifadə QADAĞAN ediləcək - Bu TARİXDƏN

Azərbaycanda asbestdən istifadə QADAĞAN ediləcək - Bu TARİXDƏN

Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edildi - FOTO

Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə edildi - FOTO

Bu şəxslərin hüquqları ARTIRILDI

Bu şəxslərin hüquqları ARTIRILDI

End of content

No more pages to load

RADİO