Quba şəhərində ölümlə nəticələnən yol qəzası olub.
Bizim.Media xəbər verir ki, Əliqulu Nərimanov küçəsində “Opel” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqüuşub.
Nəticədə “Opel”in sürücüsü Natiq Ramiz oğlu Qəhrəmanov ölüb.
Faktı Quba rayon polis şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu