Bərdədə 40 yaşlı kişi ehtiyatsızlıqdan həyatını itirib.
Bizim.Media report-a istinadən xəbər verir ki, rayonun İmirli kənd sakini, 1984-cü il təvəllüdlü Kamran Məmmədov təsərrüfatda qaldırıcı kranla işləyərkən ehtiyatsızlıqdan yıxılıb.
O, aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media