Tağı Əhmədov dəfn olundu – FOTO

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov dəfn olunub.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, mərhum Günəşli qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində T.Əhmədovun qohumları, keçmiş iş yoldaşları, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Tağı Əhmədov uzun sürən xəstəlikdən sonra oktybarın 18-də vəfat edib.

T.Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub, 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
 

T.Əhmədov 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi, 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb, 2014-2022-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədr müavini, daha sonra sədri olub.


O, "Fəxri Dəmiryolçu", "Bakı metropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Əməkdar mühəndis" fəxri adı və nişanı, ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan şəhərlərinin dünyadakı qardaşları – Kim harayla əməkdaşlıq edir? - FOTO

Azərbaycan şəhərlərinin dünyadakı qardaşları – Kim harayla əməkdaşlıq edir? - FOTO

Qubada baş verən ağır qəza ilə bağlı xəstəxanadan AÇIQLAMA

Qubada baş verən ağır qəza ilə bağlı xəstəxanadan AÇIQLAMA

Başqalarının sənədləri ilə sərhədi keçmək istədilər

Başqalarının sənədləri ilə sərhədi keçmək istədilər

Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş

Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI

Özəl universitetlərdə ən çox seçilən ixtisas qrupu - SİYAHI

Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başladı

Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmə başladı

Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?

Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?

Elman Abdullayev UNESCO-dan geri çağırıldı - Yeni daimi nümayəndə təyin edildi

Elman Abdullayev UNESCO-dan geri çağırıldı - Yeni daimi nümayəndə təyin edildi

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri ÇAĞIRILDI

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri ÇAĞIRILDI

AZAL rəhbərliyində dəyişiklik: Təyinat səlahiyyəti Prezidentə verildi

AZAL rəhbərliyində dəyişiklik: Təyinat səlahiyyəti Prezidentə verildi

Qarpızı dondurmaq olarmı?

Qarpızı dondurmaq olarmı?

Terrorun SİYASİ SİMASI: Ruben Vardanyan

Terrorun SİYASİ SİMASI: Ruben Vardanyan

Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük edərik

Ceyhun Bayramov: Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük edərik

Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı

Ev alqı-satqısı ofisindən maklerin meyiti tapıldı

Pensiya alanlara şad xəbər: TARİX AÇIQLANDI

Pensiya alanlara şad xəbər: TARİX AÇIQLANDI

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Prezidentdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM

AZCON-a yeni səlahiyyət verildi - FƏRMAN

AZCON-a yeni səlahiyyət verildi - FƏRMAN

Ceyhun Bayramov İrpen şəhərinə getdi

Ceyhun Bayramov İrpen şəhərinə getdi

Davud peyğəmbərin sirri açılır: Qüdsdə tapılan yeraltı lağım tarixçiləri şoka saldı

Davud peyğəmbərin sirri açılır: Qüdsdə tapılan yeraltı lağım tarixçiləri şoka saldı

Trampın qəzəbli telefon zəngi Pentaqonu qarışdırdı - Fövqəladə iclas keçiriləcək

Trampın qəzəbli telefon zəngi Pentaqonu qarışdırdı - Fövqəladə iclas keçiriləcək

Vətəndaşlara 7 ay ərzində 191 milyon manatdan çox vəsait geri ödənilib

Vətəndaşlara 7 ay ərzində 191 milyon manatdan çox vəsait geri ödənilib

Astarada əməliyyat keçirildi – HƏBS EDİLƏNLƏR VAR - FOTO

Astarada əməliyyat keçirildi – HƏBS EDİLƏNLƏR VAR - FOTO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

End of content

No more pages to load

RADİO