Gömrük Komitəsində ÇAXNAŞMA - “Səfər Mehdiyev istefa verməlidir”

Dövlət Gömrük Komitəsinə əməlli başlı çaxnaşma düşüb. Komitənin məsul şəxsləri arasında həbslər başlayıb. Artıq 5 vəzifəli şəxs rüşvət alarkən saxlanılıb. Ekspertlərin fikrincə, həbslər müvafiq komitədə islahatların anonsundan xəbər verir. Hansı ki, islahatlar çərçivəsində komitənin ya hansısa nazirliklələrə bilrəşdirilməsi, ya da rəhbərlikdə istefaların olacağı gözlənilir. Son vaxtlar bu qurumla bağlı mətbuatda çoxsaylı şikayətlər və neqativ fikirlər yayılır. Şikayətlərdə komitə rəhbəri Səfər Mehdiyevin yarıtmaz fəaliyyəti tənqid olunur və istefası tələb edilir. Səfər Mehdiyev isə rəhbərlik etdiyi qurum daxilindəki həbslərlə bağlı hələlik susqunluq nümayiş etdirir. Halbuki, bir müddət əvvəl o, mətbuat vasitəsilə bəyan etmişdi ki, gömrükdə rüşvət və ya neqativ hallarla bağlı fakt olsa, özü istefa verəcək. 

Məsələ bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında  Dövlət Gömrük Komitəsində bundan sonra da həbslərin olacağını bildirib:

“Çünki gömrük orqanlarının yaranma və işləmə fəlsəfəsi Azərbaycanda düzgün ayarlanmayıb. Gömrük orqanları daxili istehsalçıları qorumaq üçün yaradılmış bir orqandır. Daxili istehsalçılar bir kənarda qalıb, ölkədə istehsal olunan, olunmayan bütün məhsullara çox yüksək gömrük rüsumları var. Gömrüyün ən çox topladığı vəsait 18 faizlik əlavə dəyər vergisidir. Ümumiyyətlə, gömrüyün ayrıca bir komitə kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Əgər hökumət köklü islahatlar aparıb Gömrük Komitəsinin ya Maliyyə Nazirliyi, ya da İqtisadiyyat Nazirliyinin tərkibində bir departament olaraq fəaliyyət göstərməsini istəyirsə, buna uyğun struktur islahatları aparılmalıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük Komitəsinin həbs edilən əməkdaşlarının adları məlum oldu - SİYAHI


Ekspert bildirir ki, Əslində normal ölkələrdə belə həbslər olan zaman qurum rəhbərliyi özü istefa verir: 

“Bu qədər korrupsiya halları və narazıçılıq varsa, Gömrük Komitəsininn rəhbəri istefa verməlidir. Təssüf ki, Azərbaycanda istefa mədəniyyəti olmadığından, bunu görmürük. Bu baxımdan Səfər Mehdiyevin özünün istefaya getməsi məntiqli olar. Amma qurumun fəaliyyətinin fəlsəfəsinin  dəyişməsi də vacibdir. Gömrük Komitəsinin müstəqil qurum kimi qalmasının Azərbaycan indiki reallığında heç bir əhəmiyyəti yoxdur”.

Natiq Cəfərli həbslərin gömrük rüsumlarına təsiri məsələsinə də münasibət bildirib. O, deyib ki, problem gömrük rüsumlarının 15 pilləli sistemdə olmasındadır:

“Azərbaycanda gömrük rüsumları 0-dan 15 faizə qədərdir və insan faktorundan asılı olaraq faiz dərəcələri dəyişdirilir. Bu, doğru deyil. Çox yayğın və korrupsiyaya yol açan bir sistemdir. Ona görə də Azərbaycanda gömrük tarifləri ən çox üçpilləli olmalıdır. Məsələn,  0,5-15 faiz civarında olmalıdır ki, gömrük rüsumları ilə bağlı problem olmasın”. 

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Əməliyyat nəticəsində idarənin bəzi vəzifəli şəxsləri rüşvət alarkən saxlanılıb. Birgə əməliyyat-axtarış tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri müəyyən olunub.

Qeyd olunanlarla bağlı Korrupsiya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanan sübutlar əsasında adları çəkilən 5 nəfər saxlanılıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messinin bacısı yol qəzasında ağır xəsarət aldı – TOYU TƏXİRƏ SALINDI - FOTO

Messinin bacısı yol qəzasında ağır xəsarət aldı – TOYU TƏXİRƏ SALINDI - FOTO

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının AÇILIŞINDA

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının AÇILIŞINDA

Şahbaz Şərifdən İlham Əliyevə MƏKTUB

Şahbaz Şərifdən İlham Əliyevə MƏKTUB

Prezident Qarabağ Universitetinin yeni binasının təməlqoyma MƏRASİMİNDƏ

Prezident Qarabağ Universitetinin yeni binasının təməlqoyma MƏRASİMİNDƏ

Liseyin sabiq direktoru həbsdə vəfat etdi

Liseyin sabiq direktoru həbsdə vəfat etdi

İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşdü

İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşdü

Yeni aldığı avtomobillə qəzaya düşdü - Son anda xilas oldu - FOTO

Yeni aldığı avtomobillə qəzaya düşdü - Son anda xilas oldu - FOTO

Kərkicahanda tam orta məktəbin binası istifadəyə verildi - FOTO

Kərkicahanda tam orta məktəbin binası istifadəyə verildi - FOTO

Əlixan Rəcəbov tütünü reklam etdi, şirkət cərimələndi – FOTO

Əlixan Rəcəbov tütünü reklam etdi, şirkət cərimələndi – FOTO

Şəhərsalma və Memarlıq İli – Urbanizasiya sahəsində strateji DÖNÜŞ NÖQTƏSİ

Şəhərsalma və Memarlıq İli – Urbanizasiya sahəsində strateji DÖNÜŞ NÖQTƏSİ

Medvedev İlham Əliyevi TƏBRİK ETDİ

Medvedev İlham Əliyevi TƏBRİK ETDİ

Balaəli yeni aldığı villasını GÖSTƏRDİ – VİDEO

Balaəli yeni aldığı villasını GÖSTƏRDİ – VİDEO

Lerikdə məktəb YANDI – Şagirdlər təxliyə edildi

Lerikdə məktəb YANDI – Şagirdlər təxliyə edildi

İlham Əliyev onların qonağı oldu – FOTO

İlham Əliyev onların qonağı oldu – FOTO

Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdim olundu - FOTO

Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdim olundu - FOTO

Bu şəxslər ödənişsiz tibbi və psixoloji yardım ALA BİLƏCƏKLƏR

Bu şəxslər ödənişsiz tibbi və psixoloji yardım ALA BİLƏCƏKLƏR

Səma qəhrəmanının həyat hekayəsi - Pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan REPORTAJ - VİDEO

Səma qəhrəmanının həyat hekayəsi - Pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan REPORTAJ - VİDEO

Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini işğal etdi

Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini işğal etdi

Sabah bəzi yerlərdə çiskinli yağış yağacaq – PROQNOZ

Sabah bəzi yerlərdə çiskinli yağış yağacaq – PROQNOZ

Prezident Xankəndinin Kərkicahan qəsəbəsində - FOTO

Prezident Xankəndinin Kərkicahan qəsəbəsində - FOTO

"Ermənistanda konsert verib, "Tikim sizin ağzınızı" oxuyacağam" – VİDEO

"Ermənistanda konsert verib, "Tikim sizin ağzınızı" oxuyacağam" – VİDEO

Makrondan gözlənilməz ADDIM – Fransa da Ukraynanı yarı yolda buraxır? – ÖZƏL AÇIQLAMA

Makrondan gözlənilməz ADDIM – Fransa da Ukraynanı yarı yolda buraxır? – ÖZƏL AÇIQLAMA

Cəlilabadda tanınmış xanəndə ailəsi ilə birgə QƏZAYA DÜŞDÜ

Cəlilabadda tanınmış xanəndə ailəsi ilə birgə QƏZAYA DÜŞDÜ

Qriqorçuk “Qəbələ”yə QAYIDIR?

Qriqorçuk “Qəbələ”yə QAYIDIR?

End of content

No more pages to load

RADİO