Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov xəstəxanaya yerləşdirilib.
Bu barədə Bizim.Media-ya oğlu Rəşad İbrahimov məlumat verib.
Bildirib ki, atası təcili olaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:
“Atam infarkt keçirib. Hazırda xəstəxanadayıq. Həkim nəzarətindədir. Vəziyyəti orta ağırdır”.
Rəna Cümaqızı, Bizim.Media