Oktyabrın 14-də saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü Emil Kazımlının və 1996-cı il təvəllüdlü Vasif Məmmədovun aralarında yaranmış münaqişə zəminində bir-birilərinə qarşılıqlı xəsarətlər yetirmələri, nəticə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı apa.az-a bildirib ki, hadisə ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.
Bizim.Media