Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı KEÇİRİLDİ - FOTO

Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində Səfəvilər dövlətinin banisi görkəmli şair Şah İsmayıl Xətainin (1487-1524) 1508-ci ilə aid fərmanının təqdimatı keçirilib.

Bizim.Media xəbər verir ki, fərman bu il İngiltərənin məşhur “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarixi Muzeyinə hədiyyə edilib.

Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb.

Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair fərmanlarından biri olan sənəd bütöv və möhürlü vəziyyətdə olması ilə xüsusi əhəmiyyət daşıyır.

Təqdimat mərasimində Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və elm xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, xalqımıza məxsus tarixi və mədəni irs nümunələrinin Azərbaycana qaytarılması və qorunub-saxlanılması dövlətimizin daim diqqət mərkəzindədir.

Bu həm də mədəniyyət siyasətimizin əsas istiqamətlərindən biridir:

“Dövlət qurumlarının bu sahədə apardığı işlərə vətəndaşlarımızın da dəstək verməsi təqdirəlayiq haldır və bu cür təşəbbüslər cəmiyyətimizin həmrəyliyini və milli dəyərlərə bağlılığını nümayiş etdirir. Səfəvilər imperiyasının ilk illərinə məxsus bu nadir sənəd Azərbaycanın dövlətçilik ənənələrinə dair dəyərli eksponat olmaqla yanaşı, gələcək nəsillər üçün tarixi mənbədir”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şah İsmayıl Xətai imzalı bir sənədin ölkəmizə gətirilməsini böyük tarixi və siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı qeyd edib ki, Azərbaycanın tarixi və mədəni irs nümunələrinin ölkəyə qaytarılması artıq ənənəyə çevrilib: “Vətəndaşımızın şəxsi təşəbbüsü ilə Azərbaycan xalqının böyük oğlu, sərkərdə və şair Şah İsmayıl Xətainin fərmanının satın alınaraq muzeyimizə hədiyyə edilməsi əsl vətənpərvərlik nümunəsidir. Bu həm də xalqımızın öz tarixini yaşatmaq və ona sahib çıxmaq əzmini göstərir”.

Fərmanın muzeyin daimi ekspozisiyasında sərgilənəcəyini bildirən N.Vəlixanlı Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümün tamam olduğu vaxtda Azərbaycana gətirilməsinin simvolik məna daşıdığını deyib.
 

AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Xətainin dövlətçilik fəaliyyəti, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi onun bədii yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.


Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında bədii-musiqili kompozisiya təqdim olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

Çölə 12 min ton portağal qabığı tökdülər – 16 il sonra gördükləri mənzərə heyrətləndirdi

Çölə 12 min ton portağal qabığı tökdülər – 16 il sonra gördükləri mənzərə heyrətləndirdi

8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı – FOTO/VİDEO

8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı – FOTO/VİDEO

Paşinyanın əsas siyasi rəqibinə yeni ittihamlar irəli sürüldü

Paşinyanın əsas siyasi rəqibinə yeni ittihamlar irəli sürüldü

Polşada Avropanın ən hündür Məryəm Ana heykəli açılacaq

Polşada Avropanın ən hündür Məryəm Ana heykəli açılacaq

Ballistik raketlərdən müdafiə üçün milli sistem yaradılacaq – Zelenski

Ballistik raketlərdən müdafiə üçün milli sistem yaradılacaq – Zelenski

MİQ-də növbəti vakansiya seçimi BAŞLAYIR

MİQ-də növbəti vakansiya seçimi BAŞLAYIR

Azərbaycan XİN Boliviyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Boliviyanı təbrik etdi – FOTO

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Rusiyada itkin düşən təyyarə tapıldı

Rusiyada itkin düşən təyyarə tapıldı

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

End of content

No more pages to load

RADİO