Kimlər Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəyə GÖTÜRƏ BİLƏCƏK?

Xəbər verildiyi kimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanları tərəfindən investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Bu, “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə edilib.

Gələcəkdə torpaq islahatının predmeti ola biləcək və dövlət mülkiyyətində saxlanılacaq torpaqların həcminin müyyən edilməsi, habelə müvafiq yaşayış məntəqələri salındıqca onların inzibati ərazi sərhədləri daxilində torpaqların səmərəli bölüşdürülməsi və infrastruktura (suvarma, meliorasiya, elektrik və s.) gətirilməsi planlaşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ və Şərqi Zəngəzurda bu ərazilər icarəyə veriləcək


Bundan sonrakı mərhələdə isə əlverişli və şəffaf sahibkarlıq mühitinin yaradılması məqsədilə torpaqlara investorların cəlb olunması, habelə torpaqların kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrində məskunlaşmış sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Bundan başqa, qanun layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.


Kimlər bu şərtlərdən yararlana biləcək?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev bildirib ki, bu qanun işğaldan azad olunmuş ərazilərə qayıdan insanların məşğulluq imkanlarının artmasına şərait yaradacaq:

“Məlumdur ki, öz dədə-baba ocaqlarına qaydan insanlar ilkin olaraq yaşayış evi və 6 sot həyətyanı torpaq sahəsi ilə təmin olunublar. Amma bu torpaq sahəsi həmin insanların biznes imkanları üçün kifayət deyil. Ona görə də bu qanun layihəsinin qəbulundan sonra həmin insanlar Qarabağda və Şərqi Zəngəzurda böyük torpaq sahələrindən icarə əsasında faydalana biləcəklər. Həmçinin, yeni qanun hüquqi şəxslərin də həmin ərazilərdə torpaq icarəyə götürməsinə şərait yaradacaq. Bütün bunlar geri dönən insanların məşğulluğunu artırmağa xidmət edir.

“Gələcəkdə torpaq islahatı aparılacaq”

Razi Nurullayev onu da qeyd edib ki, Qarabağda və Şərqi Zəngəzurda torpaqlar ancaq icarəyə veriləcək, özgəninkiləşdirilməyəcək:

“Bu da doğru addımdır. Çünki gələcəkdə - bütün məcburi köçkünlər geri qayıtdıqdan sonra bu ərazilərdə də torpaq islahatı həyata keçiriləcək. Ona qədərsə insanların məşğulluğunu artırmaq və məhsul bolluğu yaratmaq üçün torpaqların müvəqqəti istifadəyə verilməsi çox vacibdir”.

Məcburi köçkün olan, amma hələki o ərazilərə qayıda bilməyən insanlar bu imkandan faydalana biləcəklərmi?

“Hesab edirəm ki, məcburi köçkün olan, lakin hələki öz yurd-yuvalarına dönməmiş insanlar bu imkanlardan faydalana bilməyəcəklər. Çünki fərdi şəxsin bu ərazilərdə böyük sahədə torpaq icarə edib uğurlu işlər görməsi asan məsələ deyil. Amma iri şirkətlərin həmin torpaqlardan daha səmərəli istifadə etməsi mümkündür. Yenə deyirəm, Qarabağda və Şərqi Zəngəzurda torpaqlar ilkin mərhələdə yalnız icarəyə veriləcək. Bunun da hədəfi yeni məskunlaşmış insanların məşğulluğunu təmin etməkdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzaladı – Qazanacağı məbləğin DETALLARI

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzaladı – Qazanacağı məbləğin DETALLARI

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

Çölə 12 min ton portağal qabığı tökdülər – 16 il sonra gördükləri mənzərə heyrətləndirdi

Çölə 12 min ton portağal qabığı tökdülər – 16 il sonra gördükləri mənzərə heyrətləndirdi

8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı – FOTO/VİDEO

8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı – FOTO/VİDEO

Paşinyanın əsas siyasi rəqibinə yeni ittihamlar irəli sürüldü

Paşinyanın əsas siyasi rəqibinə yeni ittihamlar irəli sürüldü

Polşada Avropanın ən hündür Məryəm Ana heykəli açılacaq

Polşada Avropanın ən hündür Məryəm Ana heykəli açılacaq

Ballistik raketlərdən müdafiə üçün milli sistem yaradılacaq – Zelenski

Ballistik raketlərdən müdafiə üçün milli sistem yaradılacaq – Zelenski

MİQ-də növbəti vakansiya seçimi BAŞLAYIR

MİQ-də növbəti vakansiya seçimi BAŞLAYIR

Azərbaycan XİN Boliviyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Boliviyanı təbrik etdi – FOTO

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Rusiyada itkin düşən təyyarə tapıldı

Rusiyada itkin düşən təyyarə tapıldı

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

End of content

No more pages to load

RADİO