Qurani-Kərimin rus ədəbiyyatında çox böyük rolu olub. Rus yazıçıları Qurandan bəhrələnərək, bu haqda öz əsərlərində də söz açıblar. Ümumiyyətlə bu dəfə Moderator.az-ın sizə təqdim etdiyi silsilə yazılarda Rusiyada islam dünyasına və “Qurani-Kərimə” marağın genişlənməsindən və böyük rus şairi A.S.Puşkinin əsərlərində Quran surəsi və ayəsindən istifadəsi barədə məlumat verəcəyik.xa0
Bu gənclik həvəsi Puşkinin 1820-1824-cü illərdə cənuba sürgünü zamanı Qafqaz və Krımın müsəlman xalqlarının, türklərin, çərkəzlərin, Krım tatarlarının həyatı, mədəniyyəti ilə tanışlığı nəticəsində ciddi marağa çevrilmiş, ruh yüksəkliyinə səbəb olmuş, coşqunluq yaratmışdır. Bu baxımdan, Azərbaycanın maarifçi şairi, alimi Fazil xan Şeyda ilə tanışlığından doğan təəsüratını Puşkin bütövlükdə Qafqaz müsəlmanlarına münasibətinin ifadəsi hesab etmək olar.xa0
Благословен и день и час,
Когда в горах Кавказа
Судьба соединила нас.
“Qafqaz dağlarında taleyin bizi birləşdirdiyi o gün və o saat xeyir-dualıdır”.
Həmin dövrdə, xüsusən, “Baxçasaray fontanı”nı işləyərkən, Puşkin (bu dövrdə o, Şərq şeirinin onun üçün nümunə olduğunu bildirmiş, bütövlükdə isə Şərq mövzusunda əllidən çox əsər yazmışdır) Quranı ətraflı öyrənmiş, Qurani-Kərim şairi o dərəcədə cəlb etmişdir ki, Quran motivləri əsasında doqquz şeirdən ibarət xüsusi silsilə-nəzirə yazmışdır.xa0
1824-cü ilin bütün payızını bu silsilə üzərində işləyən Puşkin, tədqiqatçıların dediyinə görə, 33 surənin 81 ayəsindən birbaşa istifadə etmişdir. Silsiləyə daxil olan şeirlərdə və qeydlərində Puşkin Quran haqqında fikirlər bölüşür, Quran mənalarına bədii keyfiyyətləriylə birlikdə verməyə çalışır. Silsilənin elə ilk bəndi bu baxımdan səciyyəcidir:
And olsun cütə və təkə,
And olsun qılınca və haqq döyüşə,
And olsun dan ulduzuna,
And olsun axşam namazına.xa0
Şairin Qurana nəzirəsindən aşağıdakı parça bütövlükdə silsilənin yüksək məna və poetik keyfiyyətlərini səciyyələndirir:
Ey Peyğəmbərin saf zövcələri,xa0
Bütün zövcələrdən siz fərqlisiniz:
Günahın kölgəsi də sizə qorxuncdur.
Sakitliyin şirin kölgəsində
Təvazö yaşayın: sizə layiqdir
Bakirə qızın örtüyü.
Vəfalı qəlbinizi saxlayın
Qanuni və utancaq nəvazişə,
Qoy ləyaqətsiz bir baxışlarxa0
Üzünüzü seyr etməsin.
Böyük şairin yaradıcılığında Qurani-Kərimin əhəmiyyətini belə bir fakt da təsdiqləyir ki, Puşkin dilinin lüğətində Quran 17, İncil 13, Tövrat 8 dəfə xatırlanır.xa0
Yazının davamı var...
Vasif Əlihüseyn
Mənbə: Asif Hacılının “Qurani-Kərim rus ədəbiyyatında” kitabı.