Xalq artisi Fərhad Bədəlbəyli sosial şəbəkə istifadəçilərinə çağırış edib.
Bizim.Media-ya müsahibəsində bildirib ki, mənim hərbiçi dostlarım bizdən ictimaiyyətin diqqətinə çatdırmağımızı istəyirlər ki, qeyri- rəsmi xəbərləri və görüntüləri paylaşmasınlar:
“Döyüş gedən ərazilərmizdən paylaşımlar etməyin. Xahiş edirəm, düşmənə yardım edəcək xəbərlər yaymayın. O ərazilərdə hərbiçilərimiz vuruşurlar. Sizin etdiyiniz paylaşımlar sayəsində hərbiçilərimizin məntəqələrini təyin edib, onları vururlar”.
“Biz evdə oturmuşuq, onlar isə səngərdə döyüşürlər. Bu oyun deyil, sizə zarafat gəlməsin! Biraz ciddi və məsuliyyətli olaq. Qələbə də olacaq, Şuşamız da olacaq. Amma tələsməyək, ancaq rəsmi xəbərləri paylaşaq” - deyə, Xalq artisti əlavə edib.
Gülşanə Mustafayeva, Bizim.Media