Azərbaycanlıların layihəsi beynəlxalq müsabiqədə 1-ci yerə çıxdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və Şamaxı Rayon İcra Hakimiyyətinin hazırladıqları “Vətəndaşların elektron müraciəti portalı” layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.

Bu barədə Bizim.Media-ya MHM-dən bildirilib.

Məlumata görə, Beynəlxalq Telekommunikasiya İttifaqının təsis etdiyi "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (WSIS Prizes – 2021) bu gün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən beynəlxalq onlayn konfransda öz sahiblərinə təqdim olunub.

“WSIS Prizes – 2021” müsabiqəsinə Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsindən 1 270 elektron layihə təqdim olunub.

Ekspertlər qrupunun nəzərdən keçirdiyi bu layihələrdən 360-ı uğurlu hesab edilərək müsabiqədə iştiraka buraxılıb. 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində 90 “Çempion”, 18 “Qalib” layihə seçilib.

“Vətəndaşların elektron müraciəti portalı – www.e-qebul.az" layihəsi “E-hökumət” kateqoriyası üzrə təqdim edilib. Bu layihə vətəndaşlar və dövlət qurumları arasında mövcud münasibətlərdəki problemlərin həlli üçün Şamaxı Rayon İcra Hakimiyyətinin təklifləri əsasında Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. 2020-ci ilin sentyabr ayından Şamaxı rayonunda tətbiq olunan layihə “WSIS Prizes – 2021” müsabiqəsində həm çempion seçidi, həm də qalib oldu.

“Vətəndaşların elektron müraciəti portalı” vətəndaşlara dövlət qurumlarına fiziki olaraq getmədən onlayn şəkildə müraciət ünvanlamaq imkanı verir.

Şamaxı rayonunda bütün müvafiq dövlət qurumlarının və xidmət sahələrinin qoşulduğu portala bu günədək 1200-dən çox vətəndaş müraciət edib. Qeyd edək ki, portala istənilən sayda dövlət qurumunun inteqrasiyası mümkündür. Bu da dövlət xidmətlərinə əlçatanlığı və operativliyi təmin edir, həmçinin bürokratik əngəllər kimi problemləri aradan qaldırır. Eyni zamanda yeni yaradılmış portal qurumların fəaliyyətindəki hesabatlılığı təmin edir və mərkəzi icra hakimiyyəti orqanları yerlərdə vətəndaşlarla dövlət qurumları arasındakı münasibətləri real vaxt rejimində izləyə bilir.

Portalın özəlliklərindən biri də vətəndaşların istənilən vaxt elektron kabinetlərinə daxil olaraq müraciətlərinin statusunu izləyə bilməsidir. Məsələn, vətəndaş səhhəti, təhsili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi təsərrüfatı və s. ilə bağlı müraciətini sistemə daxil etdikdən sonra rayon icra hakimiyyəti ilə koordinasiyalı şəkildə aidiyyəti qurumlar tərəfindən müraciətin araşdırılması həyata keçirilir. Bu müraciətin həlli istiqamətində müəyyən iş aparılır və vətəndaş bu barədə məlumatlandırılır.

Portala giriş Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinin "Elektron müraciət" bölməsində də yerləşdirilib. Əgər vətəndaşın onlayn müraciət sisteminə daxil olmaq imkanı yoxdursa, bu zaman rayon icra hakimiyyəti yanında yaradılmış ofisə gələrək müraciətini portal üzərindən könüllülərin dəstəyi ilə ünvanlaya bilər.

Elektron müraciət portalı vətəndaşların işini asanlaşdırmaqla yanaşı, pandemiya dövründə onların dövlət qurumları ilə fiziki təmasını azaldıb.

Qeyd edək ki, sosial məsuliyyətini heç vaxt unutmayan Məlumat Hesablama Mərkəzinin daha bir layihəsi, “Danışan kitabxana” 2019-cu ildə müsabiqənin “Çempion” layihə mükafatına layiq görülüb. Həmin layihə Heydər Əliyev Fondunun təşəbbüsü ilə görmə qabiliyyəti məhdud olan insanlar üçün hazırlanıb.

"www.e-qebul.az" layihəsinin “WSIS Prizes – 2021”də qalib olması isə bir ilkdir və ölkəmizin rəqəmsal idarəetmə sistemlərinin inkişafının göstəricisidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Ağsuda partlayıcı vasitələr satan şəxs həbs olundu – FOTO

Ağsuda partlayıcı vasitələr satan şəxs həbs olundu – FOTO

Televiziyanın efirinə çıxmaq istəyən qadın müğənniyə qarşı DƏLƏDUZLUQ

Televiziyanın efirinə çıxmaq istəyən qadın müğənniyə qarşı DƏLƏDUZLUQ

Bakıda küçədən qadın meyiti tapıldı

Bakıda küçədən qadın meyiti tapıldı

Bu ixtisas üzrə təhsil alanlar üçün hərbi xidmət müddəti qısaldıla bilər – YENİ TƏKLİF

Bu ixtisas üzrə təhsil alanlar üçün hərbi xidmət müddəti qısaldıla bilər – YENİ TƏKLİF

Arzu Əliyeva Uşaq Evində keçirilən bayram tədbirindən paylaşım etdi – FOTO

Arzu Əliyeva Uşaq Evində keçirilən bayram tədbirindən paylaşım etdi – FOTO

Hələb şəhərində qızğın döyüşlər başladı – VİDEO

Hələb şəhərində qızğın döyüşlər başladı – VİDEO

Fazil Mustafa: “Bu sahəyə baxan məmurlar müqavilələrə ciddi yanaşmalıdır”

Fazil Mustafa: “Bu sahəyə baxan məmurlar müqavilələrə ciddi yanaşmalıdır”

Bakıda uşaq bağçasında YANĞIN

Bakıda uşaq bağçasında YANĞIN

Bəşər Əsəd və qardaşı Mahir Moskvada necə yaşayır? – VİDEO

Bəşər Əsəd və qardaşı Mahir Moskvada necə yaşayır? – VİDEO

Hakimlərlə bağlı YENİ QAYDA

Hakimlərlə bağlı YENİ QAYDA

Enerjidən effektiv istifadə ilə bağlı sistem YARADILIR – YENİLİK

Enerjidən effektiv istifadə ilə bağlı sistem YARADILIR – YENİLİK

Bu şəxslər Omana vizasız GEDƏ BİLƏCƏKLƏR

Bu şəxslər Omana vizasız GEDƏ BİLƏCƏKLƏR

MİQ imtahanında DƏYİŞİKLİK – Bu müəllimlər üçün ödənişli OLACAQ

MİQ imtahanında DƏYİŞİKLİK – Bu müəllimlər üçün ödənişli OLACAQ

Azərbaycanla Türkiyə arasında mühüm sənəd TƏSDİQLƏNDİ

Azərbaycanla Türkiyə arasında mühüm sənəd TƏSDİQLƏNDİ

İstanbulda böyük əməliyyat: 22 məmur saxlanıldı - VİDEO

İstanbulda böyük əməliyyat: 22 məmur saxlanıldı - VİDEO

308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

308 nömrəli məktəbdə uşaqlar "donur": 10 gündür istilik yoxdur

Tramp: “The New York Times” xalqın əsl düşmənidir

Tramp: “The New York Times” xalqın əsl düşmənidir

Rubio və Uitkoff arasında Ukrayna danışıqlarına görə FİKİR AYRILIĞI yaranıb?

Rubio və Uitkoff arasında Ukrayna danışıqlarına görə FİKİR AYRILIĞI yaranıb?

Azərbaycanda pensiya və müavinətlərin ödənilmə tarixi açıqlandı

Azərbaycanda pensiya və müavinətlərin ödənilmə tarixi açıqlandı

Banklara xarici valyuta ilə yerləşdirilən əmanətlər sığortalanır? – RƏSMİ CAVAB

Banklara xarici valyuta ilə yerləşdirilən əmanətlər sığortalanır? – RƏSMİ CAVAB

AZAL təyyarəsinin qəzası ilə bağlı təhqiqat illərlə davam edə bilər – RƏSMİ

AZAL təyyarəsinin qəzası ilə bağlı təhqiqat illərlə davam edə bilər – RƏSMİ

Tokayev İlham Əliyevi TƏBRİK ETDİ

Tokayev İlham Əliyevi TƏBRİK ETDİ

Piyada keçidindəki ağır qəzanın ANBAAN VİDEOSU

Piyada keçidindəki ağır qəzanın ANBAAN VİDEOSU

End of content

No more pages to load

RADİO