Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu koronavirus virusuna yoluxub.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə informasiya yayılıb.
Məlumata görə, evdə müalicə alan partiya sədrinin vəziyyəti o qədər də yaxşı deyil. Bundan əlavə, Mirəlioğlu ailəsinin üzvləri də koronavirusa yoluxublar.
M.Mirəlioğlunun 65 yaşı var. Siyasətçi 2011-ci ildən partiyaya rəhbərlik edir.
Bizim.Media