“Onlar hərbi əsirlər deyil, müharibə cinayətkarlarıdır” – QAİ

COP29 yaxınlaşdıqca Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hücumlar intensivləşməkdədir. Niderland Parlamenti tərəfindən oktyabrın 10-da qəbul edilmiş sənədlər və Niderland xarici işlər nazirinin həmin sənədlərin müzakirəsi zamanı ifadə etdiyi mövqe tamamilə qəbuledilməzdir.

Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd olunub ki, birincisi, bu sənədlərdə əks olunan iddialar böhtandır.

Azərbaycanda saxlanılan məlum şəxslər hərbi əsirlər deyil, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunanlardır. Bu səbəbdən onların hərbi əsir kimi qələmə verilməsi hüquqa hörmətsizlikdir.

İkincisi, erməni mədəni irsinin təhlükə altında olması iddiaları da heç bir əsası olmayan uydurmadır. Azərbaycanın Şuşa şəhərində yerləşən Qazançı kilsəsinin yenicə başa çatdırılmış bərpası da göstərdiyi kimi, Azərbaycanda heç bir “erməni abidəsi” təhlükə altında deyil. Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün mədəni irsin qorunmasını təmin etmişdir.

Bu və Niderland Parlamentinin Azərbaycana qarşı son dövrlər qəbul etdiyi çoxsaylı digər sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir.

Azərbaycanofob siyasət yürüdən Fransa, Litva, Kanada kimi, Niderland da Ermənistan tərəfindən bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə aparılmasına, Ermənistanda yüzlərlə məscidin və digər mədəni abidələrin dağıdılmasına, eləcə də vaxtilə işğal altında olmuş ərazilərdə Azərbaycan mədəni irsinə vurulan zərərə, yüzlərlə şəhər və kəndin dağıdılmasına biganə qalmışdır.
 

“Nəhayət vurğulamaq istərdik ki, qanlı müstəmləkə keçmişinə malik, İslamofobiyanın geniş tüğyan etdiyi, Srebreniça soyqırımına görə məsuliyyət daşıyan və Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini yerinə yetirməkdən imtina edən Niderlandın beynəlxalq hüquq və insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur.


Biz, Qərbi Azərbaycan İcması olaraq, Niderland hökumətindən və parlamentindən Azərbaycana qarşı ittihamları və hücumları dayandırmağı, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”, - deyə İcmadan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO