Kocaeli vilayətində Xocalı soyqırımı abidəsinin açılışı oldu - FOTOLAR

Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelidə Körfez bələdiyyəsi ərazisində Xocalı soyqırımı abidəsinin açılışında geniş çıxış edən millət vəkili Q. Paşayeva bu abidə dosta da düşmana da önəmli bir mesajdır deyərək Xocalı parkı və abidəsinin reallaşmasında əməyi keçən hər kəsə, Körfex bələdiyyəsinə, onun rəhbərinə, Azərbaycan Dərnəkləri Federasiyasına təşəkkürünü bildirib. Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib. Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb: “Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanaşmada daha aydın gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”. Millət vəkili Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür:"Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik". Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq deyib. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib və çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda, Xocalıda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Abituriyentlər sosial şəbəkələrdə manipulyasiya olunur

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

End of content

No more pages to load

RADİO