Azərbaycanda yeni yolun tikintisinə başlanıldı – FOTOLAR

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması layihəsi çərçivəsində ilk 14 kilometrlik hissədə tikinti işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, yolun uzunömürlü və davamlı olması üçün burada sürüşməyə qarşı svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası nəzərdə tutulub. Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zəfər yolunun inşası zamanı 40-dan çox arxeoloji abidə tapıldı


Layihə üzrə Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Layihələndirilən yolun 4.5-ci kilometrində Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76,5 metr hündürlüyündə böyük asma körpü inşa edilir. Hazırda körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi işləri aparılır.

Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçməsi nəzərdə tutulur ki, artıq bu hissədə də tikinti işlərinə başlanılıb.

Hazırda yeni tunelin giriş və çıxış portalında qazma işləri, həmçinin svay bərkitmə işləri icra olunur. Ümumilikdə, 1 tunel, biri asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü layihələndirilib.

Bunlardan Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Üç körpü – Ağsuçay, Gülyançay və Dəmiraparançay isə yolun dəyişdirilmiş yeni istiqaməti üzrə yenidən 4 zolağa uyğun tikilir. Bundan başqa, yolboyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir.
 

Bununla yanaşı, bütün yolboyu mövcud olan müxtəlif ölçülü yolaltı suötürücü boruların texniki vəziyyətləri pis olduğundan yenilənməsi nəzərdə tutulur. Layihə üzrə Basqal kəndi yaxınlığında yolu düzləndirmək hesabına məsafə 2,2 kilometr qısalır. Digər hissələrdə isə layihələndirilən yol Qəbələ şəhərinədək mövcud ox üzrə davam edəcək.


Yalnız yol Qəbələ şəhərinə daxil olmadan soldan yeni hissə ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud yola birləşəcək və bunun hesabına yol bu hissədə daha 5 kilometr qısalacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Kıvanç reklamdan 106 milyon qazanacaq

Kıvanç reklamdan 106 milyon qazanacaq

"ChatGPT"də yeni FUNKSİYA

"ChatGPT"də yeni FUNKSİYA

Goranboyda qadın dəm qazından boğuldu

Goranboyda qadın dəm qazından boğuldu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida

Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida

Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Xanımına təyyarə aldı

Xanımına təyyarə aldı

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

Çörək BAHALAŞACAQ?

Çörək BAHALAŞACAQ?

Bu şəxslərə ikiqat maaş veriləcək

Bu şəxslərə ikiqat maaş veriləcək

End of content

No more pages to load

RADİO