"Azərbaycanın işğaldan azad olunan Füzuli bölgəsində qəbiristanlıq ermənilər tərəfindən tamam dağıdılıb. Onlar hətta qəbiristanlıqları belə vandalizm və barbarlığa məruz qoyublar".
Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.
O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara əyani baxış keçirməklə Ermənistanın müharibə cinayətləri ilə bağlı daha çox fakt aşkarlanacaq:
"Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün izlərini silmək istəyib".
Bizim.Media