Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Xocalı soyqırımın dünya dövlətləri tərəfindən tanınmasına münasibət bildirib.
Moderator.az-ın məlumatına görə, Novruz Məmmədov Ermənistanın işğalçılıq siyasətinin artıq dünyada tanındığını söyləyib:
“1992-ci ildə Ermənistanın hazırkı faşist rəhbərliyinin də iştirakı ilə Xocalıda törədilən soyqırım və vəhşilikləri qınayan dövlətlərin sayı ildən-ilə artır. Ancaq onlar unutmamalıdırlar ki, gec-tez haqq-ədalət zəfər çalacaq”.xa0