Zəfər yolunun inşası zamanı 40-dan çox arxeoloji abidə tapıldı

Füzulidən Şuşa şəhərinə çəkilən Zəfər yolu Köndələnçay və Quruçay hövzələrindən keçir. Qədim abidələrlə zəngin olan bu iki çayın arasını “Kiçik Mesopotamiya” adlandırmaq olar.

Təsərrüfat həyatı üçün əlverişli və münbit bir məkan olan bu çayların arasında Qədim Daş dövründən (Azıx və Tağlar mağaraları) Son Orta əsrlərə qədərki tarixi mərhələləri əhatə edən tarixi-arxeoloji abidələr mövcuddur.

Bu barədə Bizim.Media-ya AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundən məlumat verilib.

Qeyd olunub ki, buradakı zəngin təbii və mədəni landşaftı mühafizə edib qorumaq üçün ərazinin təcili şəkildə tarixi qoruq elan edilməsinə ehtiyac duyulur: "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, inşa edilən Zəfər yolunun marşrutunda, Füzuli rayonu ərazisində kurqanların olduğu bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu kəndlərin sakinlərinə xoş xəbər: yol yenidən qurulur - FOTO


Məlumatı yoxlamaq üçün institutun əməkdaşları Füzuli rayonuna bir günlük səfərə gedib. Tikinti mütəxəssisləri ilə birgə abidələrə zərər vurmamaq məqsədilə inşaat işlərinin dayandırıldığı sahəyə baxış keçirilib. Müəyyən edilib ki, Şəkərcik kəndi yaxınlığında, inşa edilən Zəfər yolunun 35,4 km-də, qeyd olunan kəndin qəbiristanlığının ətrafında hündürlüyü 10 m-ə yaxın olan iki təpə yerləşir.

Onların birinin diametri 35 m, digərinin diametri isə 40 m-dir. Çox böyük ehtimalla bu təpələr iri ölçülü kurqan tipli qəbir abidələridir.

İşğal dövründə bu təpələrin hər birinin qərb ətəyində bir səngər qazılıb. Kurqanlar Şəkərcik kəndinin qəbiristanlığı ilə Köndələnçay üzərində tikilmiş su bəndinin arasındakı ərazidədir.

Eyni zamanda, bu sahədə Xocalı-Gədəbəy mədəniyyətinə aid Son Tunc-İlk Dəmir dövrünün yaşayış yerinin əlamətləri olan obsidiandan (vulkanik şüşə) hazırlanmış alətlər və saxsı qab fraqmentləri toplanılıb. Hələ ötən əsrin 60-70-ci illərində arxeoloq Q.İsmayılzadə tərəfindən bu ərazidə – Köndələnçayın sağ sahilində bəhs olunan dövrə aid Şəkərciktəpə yaşayış yeri qeydə alınmış və oradan yerüstü maddi-mədəniyyət nümunələri aşkar edilib.

Qısa müddətli tədqiqat zamanı Füzuli şəhərinin şimal-şərqində, Zəfər yolu ilə Köndələnçay arasında, təxminən 650 m (şərq-qərb) x 350 m (şimal-cənub) sahəni əhatə edən məşhur Qarabulaq kurqan çölünə də nəzər yetirilib.

Burada iri ölçülü 20-dən artıq kurqan var. Hələ XIX əsrin sonlarında Moskva Arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski bu kurqanlardan beşini qazıb. Əlbəttə, onun bu fəaliyyəti arxeoloji qazıntı qaydalarına zidd olaraq kurqanların yalnız mərkəzi hissəsinin qazılması ilə həyata keçirilib.

Bundan əlavə, inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun 26-cı km-də, Füzuli şəhərinin xarabalıqlarına aparan köhnə Qaraxanbəyli-Füzuli yolunun sol kənarında, Ələsgərli kəndindən 1,5 km şərqdə Yedditəpələr adlandırılan sahədə 20-dən artıq kurqan diqqəti cəlb edir.

Onların bəzilərinin üzərində işğal dövründə düşmən tərəfindən səngər qazılıb və bu abidələrə zərər yetirilib. Burada kurqanların əksəriyyəti şimal-cənub istiqamətində bir xətt üzrə düzülüb, bir neçəsi isə bu düzümün sağ və solunda yerləşib. Yedditəpə ərazisi hələ minalardan təmizlənmədiyindən burada ətraflı müşahidə aparmaq mümkün olmayıb.
 

Bununla belə, yol çəkilişi ilə bağlı nəzərdə tutulan plana görə, xətlərdən birinin buradan keçəcəyini nəzərə alaraq mina təmizləmə işlərindən sonra ərazidə arxeoloji araşdırmaların aparılması zəruridir.


Beləliklə, yalnız bir gün ərzində Köndələnçay vadisindən Zəfər yolunun inşaat işlərinin təsir zolağında 40-dan artıq arxeoloji abidənin olması müəyyən edilib və bir neçə yeni abidə aşkar olunub.

Bütün bunları nəzərə alaraq qeyd edilən sahələrdə və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti işləri zamanı arxeoloji tədqiqatların da aparılmasını zəruri hesab edilir.

Qarabağda həyati əhəmiyyət kəsb edən bərpa-tikinti-quruculuq işləri ilə yanaşı arxeoloji tədqiqatların təşkil edilməsi abidələrimizin xilasına, tarixi-mədəni irsimizin tədqiq edilməsinə xidmət etmiş olardı".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ankarada bu küçəyə Üzeyir Hacıbəylinin adı verildi – FOTO

Ankarada bu küçəyə Üzeyir Hacıbəylinin adı verildi – FOTO

Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürdü

Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürdü

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Kıvanç reklamdan 106 milyon qazanacaq

Kıvanç reklamdan 106 milyon qazanacaq

"ChatGPT"də yeni FUNKSİYA

"ChatGPT"də yeni FUNKSİYA

Goranboyda qadın dəm qazından boğuldu

Goranboyda qadın dəm qazından boğuldu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida

Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida

Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Xanımına təyyarə aldı

Xanımına təyyarə aldı

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

End of content

No more pages to load

RADİO