Qubada çayda ölən şəxs intihar edib - TƏFƏRRÜAT

Qubada çaya düşərək ölən şəxsin intihar etdiyi məlum olub.

Bizim.Media xəbər verir ki, intihar hadisəsi rayonun "Qəçrəş yolu" adlanan ərazisində baş verib.

Belə ki, Quba şəhər sakini, Ağamirzə Əhmədov küçəsi, 21 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Ruslan Elman oğlu İsayev özünü hündür qayalıqdan ataraq intihar edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada faciə: İki qardaş qayadan çaya yıxıldılar


Bu barədə Rayon Polis Şöbəsindən Quba Rayon Prokurorluğuna məlumat daxil olub. Məlumat daxil olan zaman prokurorluq və polis əməkdaşları hadisə yerinə gələrək, meyitə baxış keçirib, məhkəmə tibbi ekspertizası təyin olunub.

İlkin məlumata görə, R.İsayevin intihar etməsinə səbəb kimi, bir neçə il bundan əvvəl həyat yoldaşı F.Aydəmirova ilə rəsmi olaraq boşandığı və keçmiş arvadının övladının onunla görüşməyə icazə vermədiyi bildirilir.

Ciddi əsəb sarsıntısı keçirən R.İsayev “Qəçrəş yolu” adlanan ərazidə qardaşı, 1991-ci il təvəllüdlü İsa İsayevlə söhbət edən zaman özünü qəflətən hündürlükdən ataraq intihar edib. Su arxının yatağına düşən R.İsayev aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qardaşının intihar etdiyini görən İ.İsayev onu xilas etmək üçün özünü suya atıb. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Kıvanç reklamdan 106 milyon qazanacaq

Kıvanç reklamdan 106 milyon qazanacaq

"ChatGPT"də yeni FUNKSİYA

"ChatGPT"də yeni FUNKSİYA

Goranboyda qadın dəm qazından boğuldu

Goranboyda qadın dəm qazından boğuldu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

Bakıda avtosalonun qarşısındakı səki avtomobillərdən təmizləndi – VİDEO

Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida

Hər gün yeyirik, amma ürəyə ziyandır - Süfrədə ən təhlükəli 3 qida

Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Mərkəzdəki bu bina niyə sökülmür? - RƏSMİ CAVAB

Xanımına təyyarə aldı

Xanımına təyyarə aldı

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

Tramp Maduronu hədələdi: “Bu, onun sonuncu oyunu olacaq”

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

“Napoli” İtaliya Superkubokunun qalibi oldu – VİDEO

Çörək BAHALAŞACAQ?

Çörək BAHALAŞACAQ?

Bu şəxslərə ikiqat maaş veriləcək

Bu şəxslərə ikiqat maaş veriləcək

End of content

No more pages to load

RADİO