4 ayında Qərbi Azərbaycandan deportasiya edilən jurnalistin həyat hekayəsi - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Məni anamdan ayıraraq vertolyota atıblar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Hallavar kənd sakini, tanınmış jurnalist Famil İbrahimovun (Fərhadoğlu) həyat hekayəsinə həsr olunub.

1988-ci il iyulun 15-də dünyaya gələn F.İbrahimov tarixin ən ağrılı səhifələrindən birinin canlı şahididir. Cəmi 4 aylığında deportasiyaya məruz qalan bu körpə Qərbi Azərbaycandan didərgin salınan son nəslin nümayəndəsidir.

Faciəvi hadisələr zamanı anasından ayrı düşən və xalalarının himayəsinə keçən F.İbrahimov o dövrdə baş verənləri belə xatırlayır:

“1988-ci ilin noyabrında erməni təcavüzü nəticəsində Hallavar kəndinin sakinləri təxliyə edilməyə başlayıb. Məni anamdan ayıraraq vertolyota atıblar. Xoşbəxtlikdən xalalarım məni tapıblar. Onlar da vertolyotda olublar. Gülnarə xalamın özünün də 2 azyaşlı övladı var idi. Vertolyotda olan iki xalam məni himayələrinə götürüblər. Biz Qazağa gəldik, bir müddət sonra valideynlərim bizi tapıb”.

O, babası və nənəsindən eşitdiklərini belə nəql edir:

“Hallavar kəndi, Hallavar və Pəmbək çaylarının qovuşduğu yerdə yerləşirdi. Kəndin ətrafında Qoşabulaq, Kəndirbaz, Arxaşan, Nədiralı kimi məşhur yaylaqlar var idi. Bizim orada gözəl ərazilərimiz dağlıqla əhatə olunmuşdu. Çaylarımız, buz bulaqlarımız var idi. İnsanlar orada təsərrüfatla, əkinçiliklə, maldarlıqla məşğul olur və beləcə öz həyatlarına davam edirdilər”.

Onun sözlərinə görə, Hallavar kəndində mövcud olan toponimlər və nəsil adları bu torpaqların qədim türk yurdu olduğunu sübut edir:

“Kənddə Talıblı, Boralı, Aşıqlı, Məşədililər kimi böyük nəsillər yaşayırdı. Burada qədim alban kilisələri, Miskin Abdal və Karadon ziyarətgahları kimi tarixi-dini abidələr var idi. Hallavar qədim türk torpağı, azərbaycanlıların müqəddəs yurdudur. Babamın, nənəmin pasportlarında yazılıb ki, onlar 1929 və 1934-cü illərdə Hallavarda doğulublar. Mən 7 nəslimi saya bilərəm. Bu, sübut edir ki, ora əcdadlarımızın yurdudur”.

Ata-baba yurduna qayıtmaq arzusu ilə yaşayan Hallavar sakini öz hisslərini belə ifadə edir:

“Övladlarımı Hallavarda böyütmək istəyirəm. Ən böyük istəyim odur ki, nənəmin, babamın ziyarətgah hesab etdiyi öz doğma ata-baba yurdumuzu gedim görüm, ulu babalarımın, nənələrimin qəbirlərini ziyarət edim, at çapılan düzləri gəzim. İnanıram o gün uzaqda deyil”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların yaşadığı çətinlikləri, qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO