Laçın rayonu ilk dəfədir mayın 18-ni azad qarşılayır

Azərbaycanın dilbər güşələrindən olan Laçın rayonu 29 ildən sonra ilk dəfədir mayın 18-ni azad qarşılayır. İyirmi səkkiz il mayın 18-ni Laçının işğal günü kimi qeyd edən xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun gücü sayəsində ilk dəfə olaraq bu günü sevinclə qeyd edir.

Bizim.Media xatırladır ki, 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu adlanan ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən ordusu Laçını işğal etmişdi.

Erməni işğalçıları bu illər ərzində rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.
 

Laçının işğalı nəticəsində 63 341 azərbaycanlı öz yurdundan didərgin salınıb, 300-dən artıq hərbçi, mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi erməni terroruna məruz qalıb.


Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. İşğal dövründə rayonun meşə fondunun əhəmiyyətli hissəsi Ermənistan tərəfindən məhv edilib.

Buna baxmayaraq, Azərbaycan xalqı ərazilərinin işğal altında olması ilə barışmadı. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatlarına başlayıb. Qırx dörd gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanılıb.
 

Bu müddət ərzində hər gün irəliləyərək kəndbəkənd, şəhərbəşəhər əraziləri ermənilərin tapdağından azad edən Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etməklə düşməni kapitulyasiya aktını imzalamağa məcbur edib.


Azərbaycan dövlətinin Qarabağda qazandığı qələbələr nəticəsində diz çökən Ermənistan hakimiyyəti noyabrın 10-da kapitulyasiya aktına imza atıb. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin 2020-ci ilin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata əsasən dekabrın 1-də Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçına daxil olub və burada dövlət bayrağımız qaldırılıb. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas

"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas

Bakıda iki evdən 2 meyit tapıldı

Bakıda iki evdən 2 meyit tapıldı

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

Kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi İMZALANDI

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

Darçının xərçəng əleyhinə İMKANLARI

Darçının xərçəng əleyhinə İMKANLARI

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

End of content

No more pages to load

RADİO