DİN-dən açıqlama - Qarabağa getmək üçün icazə necə verilir? 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə icazəsiz keçmək istəyənlərin sayı artmaqdadır.

Bizim.Media xəbər verir ki, müharibə bitdikdən sonra ərazilərdə minaların və partlamamış döyüş sursatlarının olması nəzərə alınaraq vətəndaşların sərbəst girişinə icazə verilmir.

Ancaq demək olar hər gün Qarabağa icazəsiz gedənlərlə bağlı rəsmi məlumatlar yayılır.

Rəsmi məlumata görə, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub. 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb.

Məlumdur ki, illərdir torpaq həsrəti ilə yaşayan insanlar qısa müddətdə dədə-baba yurdunu görmək istəyirlər. İşğaldan azad edilən ərazilərə səfər arzusunu gerçəkləşdirmək üçün nə etmək lazımdır? Müvafiq icazələr necə verilir?

Məsələ ilə bağlı cebhe.info-ya açıqlamasında DİN Mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev ərazilərə giriş-çıxışı tənzimləmək üçün müvafiq postlar fəaliyyət göstərdiyini bildirib:

"Hazırda işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış döyüş sursatları təhlükəsi ilə bağlı təmizləmə işləri aparılır. Bu səbəbdən ərazinin təhlükəli vəziyyəti nəzərə alınaraq ayrı-ayrı şəxslərin ərazilərə buraxılmasına və sərbəst hərəkətinə icazə verilmir. Bununla bağlı müvafiq stansionar postlar qurulub. Həmin postlar işğaldan azad edilmiş ərazilərə daxil olan şəxslərin icazəsinin olub-olmadığını yoxlayır”.

Elşad Hacıyev həmin ərazilərə kimlərin girişinə icazə verildiyini də deyib:

"Ərazi minalardan təmizləndikcə həmin ərazilər nəzarətə götürülür. Nəzarətə götürülən ərazilər isə müvafiq dövlət qurumlarına, orada infrastruktur lahiyələri icra edən qurumların ixtiyarına verilir ki, iş aparılsın. Həmin ərazilərdə hazırda yenidənqurma və infrastruktur lahiyələri icra edilir. Buna görə də orada müvafiq infrastruktur lahiyələrin icrasında və nəzərdə tutulan işlərin həyata keçirilməsində çalışan şəxslərin buraxılmasına icazə verilir”.

DİN rəsmisi işğaldan azadl edilmiş ərazilərə getmək istəyən şəxsləri bir az daha səbrli olmağı tövsiyə edib:

"Hazırda ərazinin təhlükəli olmasını nəzərə alaraq, o yerlərə getmək arzusunda olan şəxslərə tövsiyə edirik ki, bir qədər də səbrli olsunlar. Ərazilər tam təhlükəsiz vəziyyətə gətirildikdən sonra vətəndaşların həmin yerlərə buraxılmasına tam şərait yaradılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

Darçının xərçəng əleyhinə İMKANLARI

Darçının xərçəng əleyhinə İMKANLARI

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

“Mançester Yunayted”də CİDDİ İTKİ

“Mançester Yunayted”də CİDDİ İTKİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO