Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yeni təyinat olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat Telegram kanallarında yayılıb.
Mənbə yazır ki, Əhliman Tağıyev YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri təyin edilib. 1968-ci il təvəllüdlü Ə.Tağıyev 1999-cu ildən YAP Siyasi Şurasının üzvü olub.
Qeyd edək ki, bu vəzifədə uzun müddət YAP-ın tanınmış siması, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov çalışıb. O, 22.08.2020-ci ildə Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə karantin rejiminin tələblərini kobud surətdə pozub. Bu səbəbdən ona partiyada töhmət elan edilib. Hadisədən 2 gün sonra Siyavuş Novruzov YAP-ın icra katibinin müavini postundan istefa verib. Sentyabr ayında isə partiyanın Təşkilat şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Bizim.Media