Aşıq Ələsgərin heykəli ilə bağlı sənətşünasdan AÇIQLAMA - "Onu maraqlı edən elə solaxay olmasıdır”

Xəbər verildiyi kimi Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılışı olub. Amma abidənin açılışından sonra sosial şəbəkələrdə heykəllə bağlı tənqidi fikirlər baş alıb gedir. Kimi sazın sol əldə olmasını, kimi abidənin aşığı tam ifadə edə bilmədiyini, kimi sazı əlində külüng kimi tutmasını, kimi də bədii cəhətdən zəif olduğunu irad tutur. 

Qeyd edək ki, bu cür sərt tənqidi fikirlər yalnız Aşıq Ələsgərin deyil, son zamanlar qoyulan heykəllərin çoxu ilə bağlı səsləndirilib. “Koroğlu”, Müslüm Maqomayev, Hacı Zeynalabdin Tağıyev və digərlərinə qoyulan abidələr də xeyli müzakirələrə səbəb olub.

Bəs, sənətşünaslar məsələ ilə bağlı nə düşünür? Heykəllərlə bağlı səsləndirilən iradların əsası varmı? Həqiqətənmi, bu işlər sənət əsəri kimi zəifdir?
 

MÖVZU İLƏ BAĞLI:

Aşıq Ələsgərin heykəlini tənqid edənlərə nəticəsindən CAVAB


Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Bizim.Media-ya bildirib ki, Azərbaycanda müstəqillik dövründə heykəllərin qoyulması problemə çevrilib. Çünki hər heykəl qoyulandan sonra onun ətrafında çox ciddi müzakirələr açılır: 

“O heykəl yenisi ilə əvəz olunmalıdır”

“Hamı heykəllər haqqında rəy bildirir, başı çıxan da danışır, çıxmayan da... Amma bəzi heykəllərlə bağlı səslənən iradlar doğrudur. Məsələn, “Koroğlu” heykəli. Bu heykəl həddindən artıq müzakirə olundu. Tənqid edənlərin çoxu haqlı idilər. Çünki heykəl həqiqətən də kompozisiya baxımından uğursuzdur. 

Xüsusən də, Koroğlunun atının hazırlanmasında səhvlərə yol verilib. Bunun üçün birinci atın quyruğuna baxmaq lazımdır. Dünyada hazırlanan atlı heykəllərə baxsaq, heç bir qəhramanlıq obrazı yaradan heykəltaraş obrazın atının quyruğunu ayaqlarının arasında təsvir etmir. Çünki at və it həmişə qorxanda quyruğunu qısır. Görünür, əsərin müəllifi  Tokay Məmmədov da itlərin, atların bu cəhətindən xəbərsiz olub. Ona görə də, atın quyruğunu bu cür yonub. Heykəl həm də bu səbəbdən uğursuz alınıb. Daha öncə də demişəm, yenə də deyirəm ki, o heykəl yenisi ilə əvəz olunmalıdır”.

“Camaat gəzişir, bu heykəl də əl-ayağa dolaşır”

Ziyadxan Əliyevin fikrincə, uğursuz yaradıcı işlərdən biri də Respublikanın əməkdar rəssamı Namiq Dadaşovun “Fikrət Əmirov” və tanınmış heykəltaraş Ömər Eldarovun “Müslüm Maqomayev” heykəlidir: 

“Fikrət Əmirovun heykəli proporsiya baxımdan çox zəifdir, onun hazırlanmasında mütənasiblik pozulub. Bütünlüklə uğursuz işdir. Müslüm Maqomayevin heykəli isə Ömər Eldarovun ən zəif işidir. Düzdür, deyirlər, o heykəli rəhmətlik Maqomayevin xanımı Tamara Sinyavskaya çox bəyənib. Amma biz o heykəli Müslüm Maqomayevin xanımı üçün düzəltmirik ki... 

O heykəl bizim şəhərimizin ən gözəl məkanlarından birində qoyulub. Bura dünyanın hər yerindən insanlar gəlir. Məncə, daha yaxşı heykəl qoymaq olardı. O zaman həmin heykəllə bağlı müsabiqə keçiriləndə mən oradakı layihələri görmüşdüm. İki layihə vardı ki, Maqomayevin sənətini çox gözəl ifadə edirdi. Qayaların üstündə “Sineye more” mahnısını tam hiss etdirirdi.  Fonu da dəniz idi. Amma indiki heykəl isə... Camaat gəzişir, bu heykəl də elə bil əl-ayağa dolaşır. Zənnimcə, Müslüm Maqomayevin şəxsiyyətinə yaraşan heykəl deyil”.

Dünəndən bu yana müzakirəsi səngiməyən Aşıq Ələsgərin abidəsinə gəlincə, sənətşünas bu yöndəki iradları qəbul etmir: 

“Natiq Əliyevin daha öncə də yaradıcı işlərini görmüşük. Məsələn, Zivərbəy Əhmədbəyovun heykəlini... Məncə o, sənətkarlıq baxımından çox kamil işlər ərsəyə gətirir. Aşıq Ələsgərin heykəlində qüsur axtaranlardan xahiş edirəm, gedib aşığın həyat və yaradıcılığını öyrənsinlər. Hamısı deyir ki, heykəltaraş aşığı sazı sol əllə çalarkən təsvir edib. Əgər belə edibsə, demək, bu, səbəbsiz deyil. 

Yadımdadır, illər əvvəl Aşıq Ələsgərin rəngkarlıq portreti yaradılmışdı. Müəllifi xalq rəssamı Böyükağa Mirzazadəydi. O, aşığı sağ əli ilə saz çaldığı yerdə çəkmişdi. Onda bildim ki, Böyükağa müəllimin Ələsgərin yaradıcılığından xəbəri yoxdur. Papağını, geyimini oxşatmışdı. Amma o detallar yox idi. Bu fikirləri o vaxt ona dedim. Aşıq Ələsgəri maraqlı edən səbəblərdən biri də elə onun solaxay olması idi”.  

Ziyadxan Əliyev abidə ilə bağlı heç bir tənqidə qatılmadığını və iradların haqsız olduğunu bildirib: 

“Ustad aşıqların çoxu sazı başının üstünə, boynuna qoyub çalırlar. Bu, onun ilhamlandığını göstərir. Bir də bizim publika statistik, akademik heykəllərə alışıb. Bir balaca sərbəstlik olanda bizə qəribə gəlir. Çünki insanlarımızın çoxunun bədii savadı yoxdur. Zövq almaq üçün gərək bu yöndəki səviyyəyə qalxsın. O da bizim tamaşaçıda yoxdur. 

Oxşar iradlar Tağıyevin heykəli ilə də bağlı oldu. Bu heykəlin yerdən qoyulmasını irad tuturdular. Amma elə deyil. Onun yerdən qoyulması doğru addım idi. Fikrimcə, onu xalqa yaxınlaşdırmaq lazımdır. Əzəmətli görünməyə gəlincə, Tağıyevin əzəməti əməlində, yanından keçib heyranlıqla baxdığımız gözəl binalardadır. Heykəli hündürə, yaxud aşağıya qoymaqla onun əzəməti ifadə olunmaz”. 

“Bircə mən özümə əl qatdım ki, bu heykəli belə qoymaq olmaz...”

“Heykəllərlə bağlı bu qədər iradlar saydınız. Bəs, onlar pyedyestala qoyulmazdan öncə bədii müzakirədən keçirilmirmi? Əgər keçirilirsə, niyə bu yanlışlar orda düzəldilmir” sualına sənətşünas belə cavab verdi: 

"Bədii komissiya olur.  Məsələn, “Koroğlu”nun müzakirəsində mən olmamışam. Amma o vaxt heykəltaraş, rəhmətlik Xalq rəssamı Arif Qazıyev deyirdi ki, müzakirələrdə çox vaxt onların həmkarları “yaxşıdır”, “əladır” deyiblər. Rəhmətlik deyirdi ki, bu məsələdə bircə mən özümə əl qatdım ki, bu heykəli belə qoymaq olmaz. Ona görə Tokay Məmmədov 2 il mənimlə danışmadı. 

Yəni onu demək istəyirəm ki, bəzən bilərəkdən demirlər ki, qoy müəllif  biabır olsun. Bizim belə qəribə cəhətlərimiz də var. Amma mənim yadımda qalan odur ki, o zaman “Koroğlu” ilə bağlı bir neçə variant hazırlanmışdı. Rəhbərlikdən gəlib baxıb "bu heykəl olsun" deyiblər. 

Rəna Cumaqızı, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Paşinyandan yeni VİDEO: “Seçici yatır, amma kampaniya davam edir”

Paşinyandan yeni VİDEO: “Seçici yatır, amma kampaniya davam edir”

Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Macarıstanın yeni səhiyyə naziri məşhur rəqsini təkrarladı - VİDEO

Macarıstanın yeni səhiyyə naziri məşhur rəqsini təkrarladı - VİDEO

Rubio və Uitkoff Qətər Baş naziri ilə görüşdü

Rubio və Uitkoff Qətər Baş naziri ilə görüşdü

Çin beşinci nəsil J-35AE qırıcısını dünya bazarına çıxarır - FOTO

Çin beşinci nəsil J-35AE qırıcısını dünya bazarına çıxarır - FOTO

Qax sakini Rusiya-Ukrayna münaqişəsində HƏLAK OLDU

Qax sakini Rusiya-Ukrayna münaqişəsində HƏLAK OLDU

Nasistlər Krivoy Roqda insanları öz məzarlarını qazmağa məcbur edirmiş - ARXİV - FOTO

Nasistlər Krivoy Roqda insanları öz məzarlarını qazmağa məcbur edirmiş - ARXİV - FOTO

Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı

Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı

UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi - Prezident Administrasiyasının rəhbəri

İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi - Prezident Administrasiyasının rəhbəri

Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR

Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR

Arzu Əliyevadan paylaşım - FOTO

Arzu Əliyevadan paylaşım - FOTO

Azərbaycanı işıqlı gələcəyə aparan İNKİŞAF MODELİ – Heydər Əliyevin dövlətçilik fəlsəfəsi

Azərbaycanı işıqlı gələcəyə aparan İNKİŞAF MODELİ – Heydər Əliyevin dövlətçilik fəlsəfəsi

"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək

"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Samir Nuriyev: “İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır"

Samir Nuriyev: “İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır"

Messi MLS-in tarixinə düşdü - VİDEO

Messi MLS-in tarixinə düşdü - VİDEO

Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı VİDEOÇARX

Mehriban Əliyeva: “Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq” - FOTO

Mehriban Əliyeva: “Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq” - FOTO

Ağdamda ağır qəza: 4 ölü, 3 yaralı var

Ağdamda ağır qəza: 4 ölü, 3 yaralı var

İlham Əliyev: “Bugünkü Azərbaycan Onun əsəridir” - FOTO

İlham Əliyev: “Bugünkü Azərbaycan Onun əsəridir” - FOTO

End of content

No more pages to load

RADİO