Sabah Əli Həsənovun nəvəsinin məhkəməsidir – ÖZÜ İSƏ AVSTRİYAYA QAÇIB

Şərti cəza ilə azadlığa çıxan Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev hazırda sərbəst şəkildə Avstryada yaşayır və bizneslə məşğuldur. 

Bu barədə Bizim.Media-ya açıqlamasında qəzada ağır xəsarət alaraq həm özü, həm də həyat yoldaşı əlil olan, Türkiyə vətəndaşı Mutallib Tekiş deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun nəvəsinin QƏZA İŞİ - Türkiyə vətəndaşı yenidən şikayətçidir - VİDEO


O, bildirib ki, Ə.Həsənovun nəvəsi heç bir məsuliyyət hiss etmədən həyatını davam etdirir.

“Ən son eşitdiyimə görə, Nail Allahverdiyev Avstriyada öz kefində idi, əylənirdi. İki nəfərin qatili və daha iki nəfərin həyatınə məhv edən şəxs heç nə olmamış kimi öz əyləncələrinə davam edir. Ata, baba pulu ilə kef edir. Bildiyim qədər, Əli Həsənovun  Almaniyanın müxtəlif şəhərlərində bir neçə otelləri və klinikaları var. Bundan başqa onun Avropanın digər ölkələrində də otelləri, klinikaları və digər obyektləri fəaliyyət göstərir”. 

Onun sözlərinə görə, qəzada ağır yaralanan həyat yoldaşı Söngül Tekişin bədəninin 80 %-i işləmir. İlk əvvəl keçdiyi müalicəni Həsənov ailəsi qarşılasa da bir müddətdən sonra söz vermələrinə baxmayaraq, bundan boyun qaçırıb. Onlar Mutallib bəyin təkidlərinə baxmayaraq, məsuliyyətdən tam boyun qaçırıblar. Hər yerdən əli üzülən cənab Tekiş bütün bu şikayətlərini toplayaraq, yoldaşı Söngül Tekişin adından 2020-ci ildə Nərimanov Rayon məhkəməsinə müraciət edib.

Şikayətçi Söngül Tekiş indiyə qədər və bundan sonra olunacaq müalicəsinin ödənişini və maddi təzminat tələb edir. İlk məhkəmə iclası sabah 18 mayda baş tutacaq.

“Sabahkı məhkəmədən ədalət gözləyirəm. Mən hüquqi tərəfdən bu insanlardan etdikləri əməllərə görə, məsuliyyət tələb edirəm. Biz bu insanlara inandıq, etibar etdik, nəvəsindən şikayət etmədik. Qarşılığında isə onlar bizə maddi və mənəvi dəyən ziyanı ödəyəcəklərinə söz verdilər. Lakin biz lazımı sənədlərə imza atdıqdan sonra, öz məsuliyyətlərindən boyun qaçırdılar. Əlil olan yoldaşımın müalicəsi davam edir. Biz artıq deyil, haqqımız olanı onlardan tələb edirik”.

Zərərçəkən söyləyib ki, bütün bunlara baxmayaraq, Əli Həsənovun ailəsi onlara biganə yanaşıb və onlarla əlaqə qurmayıblar. Mütallib bəy qeyd edib ki, bu prosesi o, Avropa məhkəməsinə qədər davam etdirəcək.

“Mən özümün və həyat yoldaşımın haqqını, Nail Allahverdiyevin yenidən məhkəmə qarşısına çıxana, həqiqətin bərqərar olacağına qədər mübarizə aparacam”.


Şikayətlə bağlı qarşı tərəfin də fikrini işıqlandırmağa çalışsaq da şikayətçinin bizə təqdim etdiyi nömrələrin heç birinə zəng çatmayıb.

Xatırladaq ki, 2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində  piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib. 

Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb. Bundan başqa işadamı olan Mutallib Tekiş uzun müddət xəstəxanada müalicə aldığı üçün, bütün işləri ləğv edilib. Bundan sonra o, müflis olub. 

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

Darçının xərçəng əleyhinə İMKANLARI

Darçının xərçəng əleyhinə İMKANLARI

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

Röya Ayxan efirə 10 minlik geyimdə ÇIXDI - VİDEO

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

“Rusiya Putinlə İlham Əliyevin Düşənbədəki görüşünün nəticələrini yüksək qiymətləndirir” - Peskov

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Şəhər meydanındakı bayram yolkası yanaraq külə döndü - VİDEO

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

“Mançester Yunayted”də CİDDİ İTKİ

“Mançester Yunayted”də CİDDİ İTKİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

End of content

No more pages to load

RADİO