Göygöldə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Topalhəsənli kəndində, kənd sakini 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb.
Azyaşlı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu