Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, avtomobil şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən iki qadını vurub.
Hərəkətdə olan "VAZ" markalı avtomobil 1982-ci il təvəllüdlü M.Əliyevanı və 1961-ci il təvəllüdlü M.Nəcəfovanı vurub.
Hər iki piyada xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu