Biləsuvarda vəfat edən Vətən Müharibəsi iştirakçısı, arteriliya divizionunun komandiri dəfn edilib.
Bizim.Media xəbər verir ki, Vətən müharibəsi veteranı Cəlal Adıböyük oğlu Rəhimov bu səhər ürəktutmadan vəfat edib. O, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.
1984-ci il təvəllüdlü mərhum mayor C.Rəhimov Vətən Müharibəsində Füzuli, Xocavənd, Tuğ, Şuşa uğrunda qəhrəmancasına döyüşüb. Artelleriya komandiri olub. Çoxsaylı medallarla təltif olunub. Arteriliya divizion komandiri olan mərhum son bir il idi ki, ehtiyata buraxılmışdı.

Sabutay, Bizim Media, Cənub bürosu