Masallı rayon Ərkivan qəsəbə sakini, Vətən Müharibəsi iştirakçısı olan 1998 - ci il təvəllüdlü Azər Rafiq oğlu Mirzəyev vəfat edib.
Bizim.Media xəbər verir ki, o, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi.
Azər Mirzəyev bu gün müalicə aldığı Masallı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Mərhum doğulduğu Ərkivan qəsəbə qəbiristanlığında dəfn edilib.

Sabutay, Bizim.Media, Cənub bürosu