Azərbaycanda 17 mindən çox şagird "Azərbaycan dili" fənnindən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirəcək.

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, imtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər. 

Xatırladaq ki, hər iki imtahanda şagirdlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

İmtahan 45 dəqiqə müddətində aparılır. İmtahanda ümumilikdə 17 987 (Bakıda 11844, Sumqayıtda 666, Abşeronda 558, Naxçıvanda 70, Gəncədə 1163, Şəmkirdə 105, Tovuzda 193, Mingəçevirdə 197, Yevlaxda 116, Şəkidə 102, Zaqatalada 265, Balakəndə 210, Qəbələdə 216, Qaxda 203, Bərdədə 185, Göyçayda 233, Şirvanda 281, Lənkəranda 304, Qubada 167, Qusarda 372, Xaçmazda 537) şagirdin iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 88 ümumi imtahan rəhbəri, 226 imtahan rəhbəri, 1690 nəzarətçi-müəllim ayrılıb, 176 buraxılış rejimi əməkdaşı (mühafizə), 88 bina nümayəndəsi ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Tramp administrasiyası 48 səfirin geri çağırılmasına QƏRAR VERDİ

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Nəvələrindən Nazpəriyə sürpriz - VİDEO

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Misli Premyer Liqasında 1 aylıq fasilə başladı

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Tramp hökuməti miqrantlara 3000 dollar TƏKLİF EDİR

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

Sabah Sumqayıtda 900 abonentin QAZI OLMAYACAQ

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

“Qaradağ Lökbatan”dan 13 qollu qələbə

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Bakıda bacı və qardaş faciəli şəkildə ÖLDÜLƏR - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Tanınmış aparıcının qızı NİŞANLANDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

Qayınanasının ölümünə görə efirdə saxlanılan Əfsanə DANIŞDI - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Ağcabədidə QƏZA: Şəhid bacısı xəsarət aldı

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Azərin qızının ad gününü belə QEYD ETDİLƏR - VİDEO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Benzema Pikassonun milyon avroluq tablosunu ALDI - FOTO

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Prokuror Karen Avanesyana 18 il həbs cəzası istədi

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Xalq artistindən TƏNQİD: “Azadlığı əxlaqsızlığa gətirib çıxardıblar” - VİDEO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib - FOTO

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

Dünyanın ən bahalı “yolka” ağacları: Milyarderləri belə şoka salacaq FAKTLAR

“Mançester Yunayted”də CİDDİ İTKİ

“Mançester Yunayted”də CİDDİ İTKİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi TƏBRİK ETDİ

Zelenski Sibiqanın istefası ilə bağlı şayiələri TƏKZİB ETDİ - VİDEO

Zelenski Sibiqanın istefası ilə bağlı şayiələri TƏKZİB ETDİ - VİDEO

Arayikgil məhkəmədə son söz DEYİBLƏR - FOTO

Arayikgil məhkəmədə son söz DEYİBLƏR - FOTO

7 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşdi

7 avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşdi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi avtoqəzada ölüb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi avtoqəzada ölüb

“Fənərbağça” italiyalı futbolçu ilə danışıq aparır

“Fənərbağça” italiyalı futbolçu ilə danışıq aparır

End of content

No more pages to load

RADİO