Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın xəbərinə görə, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Hədiyyə Yusibovanı yolu keçərəkən minik avtomobili vurub. Hadisə yerinə təcili yardım briqadası cəlb edilsə də, ağır xəsarət alan qadını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media