“Müstəntiq ərim başıma silah dirəmişdi” deyən qadın CƏZALANDIRILDI

Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərməsi və başına silah dirəyərək videoya çəkməsi ilə bağlı iddialar ötən ilin mart ayında səs-küyə səbəb olmuşdu.

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ceyhun Hüseynovun keçmiş həyat yoldaşı Nərgiz Hüseynova barəsində Qaradağ Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında etdiyi şikayətə baxılıb.

O, Nərgizin Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi üzrə cəzalandırılmasını tələb edib.
C.Hüseynov iddiasında bildirib ki, Nərgiz Hüseynova sosial media səhifələrinə müsahibə verərək barəsində həqiqətə uyğun olmayan şeylər danışıb: “Nərgiz verdiyi müsahibədə “Ceyhun Hüseynov 21 fevral 2023-cü il tarixində axşam saat 10-11 radələrində arası evə gəlib dövlətin ona verdiyi silahı başıma dayayaraq dostu Mübariz videoya çəkərək zorla mənə dedirtdi ki, de ki mən sənə xəyanət eləmişəm”, “sonra ayaqlarımı bağladı, əlimi bağladı mən xahiş elədikdən sonra əlimi ayağımı açdı və bu arada üstümə bıçaq çəkdi” məzmununda ifadələr işlədib. Nərgiz Hüseynova həmin müsahibəsində mənim ona fiziki işgəncələr verdiyimi, azadlığını məhdudlaşdırdığımı, dövlətin mənə verdiyi odlu silahı onun başına tuşlayıb öldürməklə hədələdiyimi söyləyib. Qeyd olunan müsahibədə odlu silahdan istifadə edərək onu qəsdən öldürməyə cəhd etməyi barədə yalan və böhtan xarakterli məlumatlar yayıb. Barəmdə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymaqla şərəf və ləyaqətimi alçaldaraq barəmdə böhtan xarakterli məlumatlar verib”.

Təqsirləndirilən şəxs isə Ceyhun Hüseynovun dediklərini inkar edib və müsahibəsindəki fikirlərin hamısının reallıqda baş verdiyini deyib: “Mən irəli sürülmüş ittihamla razı deyiləm. Belə ki, 21 fevral 2023-cü il tarixdə keçmiş həyat yoldaşım Ceyhun evə gələrək məni xəyanətdə ittiham etdi və uşaqlardan imtina etməyimlə bağlı məktub yazmağımı bildirdi. Lakin Ceyhuna ona xəyanət etmədiyimi bildirdim. Bundan sonra Ceyhun müxtəlif zorakı hərəkətlər edib, əlimi-qolumu bağlayıb və əlində olan silahı başıma dayayaraq dediklərini etməm məni öldürəcəyini bildirib. Mən də bu hallara bağlı patrul.az saytına müsahibə vermişəm. Düşünürəm ki, hərəkətlərimdə cinayət tərkibi yoxdur. Belə ki, patrul.az saytına verdiyi müsahibədə qeyd etdiyim halların hamısı baş verib”.

Məhkəmədə sənəd və sübutların araşdırılması zamanı məlum olub ki, qadının verdiyi müsahibəinin böyük hissəsi həqiqətə uyğun olmayıb. Belə ki, onun patrul.az saytına verilmiş müsahibədə qeyd etdiyi hallar, yəni, başına silah dayılması və qanunsuz azadlıqdan məhrum edilməsi ilə bağlı faktlar Baş Prokurorluq tərəfindən aparılmış araşdırmada öz təsdiqini tapmayıb.

Qaradağ Rayon Məhkəməsi N.Hüseynovanı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilib. Ona 1000 manat cərimə cəzası təyin edilib.

Qeyd edək ki, N.Hüseynovanın müraciəti ictimailəşəndən sonra geniş müzakirələrə səbəb olmuşdu. Daha sonra C.Hüseynov vəzifədən azad edilərək prokurorluq sıralarından xaric edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

End of content

No more pages to load

RADİO