Milli Azərbaycan Tarixi Muzeyində 18 may - Beynəlxalq Muzeylər günü həftəsi və "Nizami Gəncəvi İli" çərçivəsində "Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə" adlı intellektual proqram keçiriləcək.
Bizim.Media xəbər verir ki, Muzeydən verilən məlumata görə, mayın 20-də keçiriləcək proqrama foto-slayd təqdimat, rəsm ustad dərs, viktorina, furşed, muzeyə ekskursiya, foto-sessiya daxildir.
İştirakçılara sertifikat təqdim olunacaq. Tədbirdə yaş həddi 8-12-dir. Proqramda iştirak ödənişlidir. İntellektual proqramla maraqlananlar 0124931134, 0556655257 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Bizim.Media