Aysel Əlizadəyə məktub: "Dünya dedikdə yalnız Batınımı nəzərdə tutursunuz, yoxsa..."

Aysel Əlizadə sevdiyim yazar. Bir facebook statusuma cavab yazdı. Məni irqçilikdə və aqressiya yaymaqda günahlandırdı. Yazılarından anladım ki, bizim dünyaya inteqrasiya olunmağımıza, dünya vətəndaşlarına çevrilməyimizə inanır. Bəs bu dünya hansı dünyadır. Necə bir dünyadır. Bax bu “Dünya” anlayışı abstraktdır. Dünya dedikdə əziz Aysel Əlizadə yalnız Batınımı nəzərdə tutur, yoxsa Afrikadamı ora daxildir, bilmirəm. Amma Azərbaycanda Batının obrazı olan gəlişmiş bir dünya anlayışı var. Və Azərbaycanın bu gəlişmiş dünyaya, Avro-Atlantik məkana inteqrasiyasını əsas məqsəd elan edən bir liberal-demokrat-qərbçi elita kəsimi var. Amma Avro-Atlantik məkanın bütün xalqların bərabərhüquqlu inteqrasiyasına əsaslanan bir prinsiplər məkanı olduğunu hələ heç kəs isbat edə bilməyib.
Azərbaycan aydınlarına və yazarlarına bir sualım var. Avro-Atlantik məkana inteqrasiya olunduqda Avropanın bərabərhüquqlu üzvü oluruq yoxsa periferiyası. Avropa kültürü Yunan-Roma-German-Yəhudi-xristan kültürünün cəmi. Biz Türk-islam-Şərq-Rus-Avropa kültürünün sintezinə əsaslanan dəyərlər təmsilçisi. İki sivilizasiya kodunun təmsilçisi Avropada bərabərhüquqlu subyektdirmi. Əgər belədirsə bəs Əfqanıstan, İraq, Suriya,Türkiyə, İran olayları nədir. Bəs nədən bu xalqlar dövlətlər Avropa-ABŞ vasitəsilə bölünür, işğal olunur və s.
Bu yazını paylaşmaqda məqsədim var. Bu yazı Aysel Əlizadə ilə mənim şəxsi yazışmam olsada subyektiv əhəmiyyət daşımır, obyektivdir, düşündürücüdür.xa0
Qoy hər kəs öz düşüncəsini yazsın, müzakirələr qızışsın. Həqiqət müzakirələrdə formalaşmış ortaq fikirlərdə üzə çıxar…

Əzizim Aysel. ABŞ son 300 ildə zəfər qazanmış Batı kültürünün davamı, German irqinin qalibiyyətinin mədəni yüksəlişinin təsdiqi. O, özünün bütün kimlik sorunlarını həll etmişdir. İndi elmini texnoloji yüksəlişini davam etdirir. Bizim, Türklərin mədəniyyəti durduruldu. Məcburən Batı və Rusiya tərəfindən durduruldu(bunu Toynbi yazır). Və biz Koloniyalaşdıq. Koloniyalaşmış millətlər milli kimliyini və kültürünü itirir, zəfər gücünü itirir, təkcə sərvəti yox, kimliyi və kültürü də sömürülür. Xalqların ölkələrin tarixindəki bütün qələbələr milli kimliyi və bilinci tam dərk etdikdən sonra, milli strateji bəlirləndikdən sonra mümkün olur. Yaponiya da bunu belə etdi. İran da, Batı da...Biz isə belə edə bilmirik. Mən Türk millətinin yüksəlişi nədən keçir, bax onu axtrıram. Kimliyini itirmiş bir Türk roket düzəldirsə və Türk milləti bundan yararlana bilmirsə, başqaları yaralanırsa demək ki, başqaları bizdən güclü olacaq. Bizdən güclülər isə bizi yenəcək, yönətəcək və yox edəcək. Bütün tarix fəlsəfələri, mədəniyyət fəlsəfələri bax bu özünü qoruma iç güdüsü üzərində qurulmuş.xa0
Batı kültürüxa0 və dəyərləri 400 ildir dünyaya hakim oldu, Türk kültürü 1000 ildir hakim olmuş,xa0 dəyər, mədəniyyət, irfan ürətmiş. İndi Qərb kültürü qarşısında yenilmiş Türk ruhunun yenilgisi ilə barışarammı? Səncə barışmalıyammı?
Əzizim Aysel. Qərbin ürətdiyi demokratiya, insan haqları, sientizm, universalizm, sekulyarizm, açıq cəmiyyət, vətəndaş haqları ideyalarının arxasında bir də bir German millətçiliyi, tötön irqçiliyi, Avropasentrizm var. Və Türk bütün bu “izmlər” qarşısında yenik. Milli qürura sahib olduqdan sonra, milli strateji bəlirlənir. Sonra isə iqtisadi, elmi, kültürəl yüksəlişlər başlanır, sonra bu yüksəliş universal dəyərlər ürətir. Mən də millətimi belə görmək istəyirəm və bu istək mənim haqqım.

M.Veber, Toynbe, Şpenqler, Vallerştayn, Fukuyama, Hantinqton, Hegel, Danilevski, Nortrop, Vernadski,Tofler, Bzejinski,....və çoxlu şəxslər hər biri öz toplumlarının və kültürlərinin zəfəri, üstünlüyü, davamlılığı üçün çalışmaqda,yazmaqda, fəlsəfələr ürətməkdə ikən biz,xa0 bizi yenən yenilgilərin paradiqmalarını təbliğ etməkdəyik niyə?xa0
Mədəniyyətlərin doğulması, inkişafı, çökməsi haqqındakı tarix fəlsəfələri yüksəlişin və çöküşün tarixini incələyir və Batı yüksəlişinin davamlılığını təmin etmək üçün Şpenqler, Toynbe, Sorokin, Vallerştayn, Hantinqton, Tofler, Fukuyamaxa0 bizə hakim Batı mədəniyyətin güc və hegemoniya paradiqmalarını (əslində Doğunun məğlubiyyət şərbətini) təbliğ edirlər- adı demokratiya, kürəsəlləşmə, modernləşmə,qərbləşmə...Alternativ olaraq, özümüzü, gələcəyimizi qorumaq üçün biz nə yaratmışıq, hansı paradiqmaları ürətmişik, Əziz Aysel. Biz onları yamsılamırıqmı, təqlid etmirikmi, onlara oxşamaq, onlar kimi olmaq üçün çalışmırıqmı?xa0 Bizim partiya liderləri ABŞ –ın 3-cü, 4-cü dərəcəlixa0 diplomatları ilə görüşü “güclü dəstək” kimi təbliğ edir, əksəriyyətinin cibi Anqlosaksların sifarişli paraları ilə dolu və ya əksinə hakimiyyət ömürlərini uzatmaq üçün Azərbaycan paralarını Anqlo-saks maraqlarına yatırmaqda, bizim QHT-lər Sorosun hədəflərinin Azərbaycanda təbliğçisi.xa0 xa0xa0
ABŞ müəlliflərini oxuyuram. Protestant əxlaqından və Qərb mədəniyyətinin universalizmindən, zəfərindən, ABŞ-ın universal homojen kürəsəl imperiya olmasından, İngilis dilinin dünyaya hakim olmasından yazırlarsa, mən nədən Türk millətinin yenik qürurunu yüksəltməkdən yazmayım, danışmayım. Türk də super dövlət, super sitsem qura bilər, dünyaya hakim ola bilər, daha böyük dəyər,xa0 universal dəyər ürətə bilər deyilmi...Türk dili də hakim olma gücündə deyilmi
əzizim Aysel. Mən Batının və ya Rusiyanın, Amerikanın periferiyası və təqlidçisi olacaq bir Azərbaycan ve ya Türkiyə istəmirəm. Mən özü bir super sistem ola biləcək Türkiyə və Azərbaycan birliyi istəyirəm. Bir kültürü, universal dəyəri təmsil edən Türk super sistemi. Bu sistem isə öncə öz kimliyinə, dilinə tarixinə söykenerek yüksəlir. Çin öz kültürünə söykənir, Hindistan öz kültürünə söykənir, İran öz kültürünə söykənir, dünyadan da yenilikləri, innovativ texnologiyaları alaraq öz kültürünə qatır, yenilənir irəli gedir. Bizim sistemimiz nə? Varmı? Yazırsan ki, Avropa Dövlətçilik üzərindəxa0 yüksəldi. Bu mücərrəd ifadədir. Hansı dövlətçilik üzərində, kosmopolit, yoxsa milli dövlətçilik üzərində yüksəldi. Bildiyim qədəri ilə Milli dövlətçilik üzərində yüksəldi. Modernizm millət doğurdu. Milli dil, kimlik, kültür, güc doğurdu. Fransız,alman,İngilis milləti doğurdu. Avropa milli dövlətçilik və milli kültürlər üzərində yüksəldi, sonra isə bu kültür və dövlətlər birləşərək sivilizasiyalaşdı.. Yunan-Roma-German-Yəhudi-xristianlıq dəyərləri əsasında sivilizasiyalaşdı. Qərb sivilizasiyası adı ilə tanındı. Bu sivilizasiyanıxa0 renessans və maarifçiliyin ürətdiyi universal ideyalarlaxa0 ( demokratiya, seintizm, pozitiivizm, humanizm, sekulyarizm, texnisizm, liberalizm, sosyalizm....) sintezləşdirərəkxa0 universallaşdırdı. Batı həmişə universal mədəniyyət və sivilizasiyaya sahib olması ilə öyünür və bu universalizmi bütün yer kürəsinə yayaraq yer kürəsini, "bütün insanlığı qurtuluşa çatdırmaq" siyasəti yürüdür.(Məsih ideyası).xa0 Bu siyasətin adı imperializm və başqa xalqları kültürləri, sivilizasiyaları yox etməkdir.xa0
Əzizim Aysel. Hegel və Nitsşe Batı Modernizmini "layiqləşmiş Xristianlıq" adlandırırdı. Batı imperializmi xalqları qurtuluşa çatdırmaq, mədəniləşdirmək, demokratikləşdirmək, insan haqlarını qurmaq adı altında yayılır. Silahla və yüzlərlə Soros kimi missionerlərlə. Tofler ve Fukuyama kimi ideoloqlarla.
Mən Azərbaycanın və Türkiyənin yalnızlaşmasından yox, milli dəyərlərinə sarılaraq super sistem qurmasından və sivilizasiyalaşmasından, bu zərurətdən danışıram. Gələcəkdə uluslarası münasibətlərin subyekti dövlətlər yox, super sistemlərin təmsilçisi olan sivilizasiyalar olacaq, dövlətlər arası münasibətlər sivilizasiyalar arası münasibətlərə çevriləcək. Gələcəkdə dünya Batı və ya Amerika universal homojen dövlətinin qurduğu tək mərkəzlixa0 dünya olmayacaq, xalqların öz sivilizasiya dəyərləri əsasında ( din, dil, etnos. kültür, tarix, arxetiplər) sivilizasiyalaşaraq super sistemlərə çevrilmələri ilə güc tarazlığına əsaslanan sivilizasiyaların bərabərhüquqlu əməkdaşlığına əsaslanacaq. Bu çox mərkəzli, çox qütblü dünyada Amerika və Batı sivilizasiyası hegemon güc olmayacaq, mövcud sivilizasiyalardan yalnız biri olacaq. Gələcəkdə sivilizasiyalar arası bərabər əməkdaşlıq və bərabər hüquqluluq əsas prioritet olacaq. Belə olduğu təqdirdə bütün kültürlər, sivilizasiyalar, xalqlar qoruna biləcək. Belə olduqda kürəsəl dəngə siyasəti mövcud olacaq, Qərb maraqlarının təminatçısı olan Nato,BMT,Avropa Şurası, BVF, Ümumdünya Bankı, kimi təşkilatlar yerinə, sivilizasiyaların çox qütblü əməkdaşlığı bir-birini dəngələyəcək.xa0 Əsl humanizm budur. Əsl haq, hüquq budur əziz Aysel.
xa0Mən, bax bu sivilizasiyalardan, super sistemlərdən biri olmaq üçün, gələcəkdə Turanın da bir super sistem və sivilizasiya kimi təşəkkül tapması üçün indidən milli kimliyimizi, tarix kimliyimizi gücləndirməyin tərəfdarıyam. Bu irqçilik deyil, öz kökü üzərində yüksəlişə çağırışdır. Mən Batının və ya Rusiyanın periferiyası olacaq bir Azərbaycan, Türkiyə projesini yox, özü bir super sistem olacaq Turan projesini dəstəkləyirəm. Super sistemə çevrilmək üçün isə biz özümüzə məxsus, identik paradiqmalar ürətməliyik. İdentiklik irqçilik deyil, Özə dönüşdür. Öz kökləri üzərində universallaşmaqdır. Öz universalizmini yaratmaqdır.
Sən Azərbaycanın kiçik,xa0 lokal sosial və məişət problemlərindən mənə yazırsan və siz əlbəttə ki, bildiyim qədərilə bu problemlərdən çıxış yolu kimi Azərbaycanın Avropaya inteqrasiya olunmasını istəyirsiniz və bu məqsədlə “Avropa Hərəkatı” yaratmısınız. Mən isə Azərbaycanın sosio-mədəni problemlərinin həllini Özə dönüşdə, irfan və mənəviyyatımıza qayıtmaqla və yalnız Qərbdən deyil, bütün sivilizasiyaların ən yaxşı dəyərlərini mənimsəyib özə qatmaqla mümkün ola biləcəyini düşünürəm. Özə dönüşün fəlsəfəsində Avropa Hərəkatı yaratmaq yox, Turan hərəkatı yaratmaq durur əziz Aysel.
Hazırda Avro-Atlantik məkanla-Türkiyə qarşıdurmasına nə deyəcəksən əziz Aysel. Soyuq savaş dönəmində Türkiyə ABŞ periferiyası və müttəfiqi idi. İndi isə AVRO-Atlantik sivilizasiya qarşısında alternativ bir mövqedə. Bu savaş bizə hansı gələcək vəd edir. Yox olmaqmı, Var olmaqmı. Bu savaş təkcə Türkiyə və amerika savaşı deyil, Batı və Doğu savaşıdır. Bax bu savaşlarda yenilməmək üçün Türk super sistemi qurulmalıdır. Yoxsa bu savaş bizi yer üzündən silər...

Sayğılarla. Yasəmən Qaraqoyunlu.xa0
AMEA Fəlsəfə institutu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən YENİ VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Məşhur türk serialında Azərbaycan mahnısı SƏSLƏNDİ – VİDEO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Kürdəmirdə magistral su boru kəmərindəki partlayışla bağlı araşdırma başladı – FOTO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Fatimənin villasından görüntülər MÜZAKİRƏ YARATDI – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - VİDEO

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

“Borussiya” bu futbolçu ilə müqavilə imzaladı

"Belə biabırçı estetik etdirmək olmaz"

"Belə biabırçı estetik etdirmək olmaz"

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

ABŞ və İran rəsmiləri arasında danışıqlar BU TARİXDƏ keçiriləcək

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

İtkin düşən şəxsin kanaldan meyiti tapıldı – FOTO

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Aİ sərhədlərində yeni qaydalar: 27 mindən çox şəxsə giriş qadağası

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Rusiya Türkiyənin bu məhsulundan imtina etdi

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Azərbaycanlı taekvondoçu beynəlxalq turnirdə qızıl medal qazandı - FOTO

Bu ərazilər də yağış sularından təmizlənir – VİDEO

Bu ərazilər də yağış sularından təmizlənir – VİDEO

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

Aparıcıların toy qiymətləri ilə bağlı İDDİA: Vüsalə 5000, Əkbər 2000 alır…

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

İsrail Makronun Livanla danışıqlarda iştirakına İCAZƏ VERMƏDİ

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

"Bir insanın əynində üçdən artıq rəng varsa, anormaldır"

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Dövlət başçısı kimi ilk xarici səfərini etdi

Levandovski “Milan”a keçə BİLƏR

Levandovski “Milan”a keçə BİLƏR

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Əslində, 20 qəpiyədir, amma 4 manata satılır

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Yeni sədr işdən çıxardığı rəisin əvəzinə onu TƏYİN ETDİ

Nəsrin itinə ad günü etdi - Video

Nəsrin itinə ad günü etdi - Video

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

İran danışıqlara başlamaq üçün iki şərt irəli sürdü

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

Tramp: “İran nüvə silahından imtinaya söz verir, lakin…”

End of content

No more pages to load

RADİO