Zaqatalada DƏHŞƏT: Xəstə uşağı Psixoloji Reabilitasiya Mərkəzində döydülər - VİDEO

Zaqatalada 3 yaşlı xəstə uşaq şiddətə məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə lent.az-ın redaksiyasına şiddətə məruz qalan 3 yaşlı Xədicə Həsənzadənin anası Vəfa Həsənova məlumat verib.

O bildirib ki, övladı autizmdən əziyyət çəkir:

"Qızım 9 aydır Zaqatalada Xəqani Psixoloji Reabilitasiya Mərkəzinə gedir. Axır vaxtlar Xədicə qəribə olmuşdu, öz-üzünü şillələyirdi. Mərkəzdə müəllimə qızıma "ava" təlimi keçirdi. Bu təlim autizmli uşaqlara təhlükəsizliyi öyrətməklə bağlıdır. Xədicəni mərkəzə qoyandan sonra açıq pəncərədən onlara baxdım. Gördüm ki, müəllimə qızımın dizinə vurur. Öz narazılığımı mərkəz direktoruna bildirdim. Səhəri gün kamera açılanda başqa şiddətlərlə qarşılaşdım. Bunları videoya çəkdim. Hüquq-mühafizə orqanlarına da şikayət etmişəm".

Valideynin sözlərinə görə, həmin müəllim ilk günlər işdən çıxarılsa da, indi yenidən işə alınıb:

"Mənim narazılığımdan, şikayətimdən sonra müəllimə işdən çıxarıldı. Amma indi eşidirəm ki, onu yenidən işə götürüblər. Mənim xəstə uşağımı döyüblər, əlimdə görüntülər var, lakin günahkarlar cəzalandırılmır".

Sayt Xəqani Psixoloji Reabilitasiya Mərkəzi ilə əlaqə saxlamağa çalışsa da zənglərə cavab verən olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, qeyd olunan məsələ ilə bağlı azyaşlının valideyni tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Müvafiq ekspertiza təyin olunub, həmin hərəkətlərin müalicə proseduru və yaxud zorakılıq olması ekspertizanın rəyindən sonra məlum olacaq.

Hazırda rayon polis şöbəsində istintaq araşdırmaları davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Qaxda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Qaxda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla GEDƏ BİLƏCƏYİK

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla GEDƏ BİLƏCƏYİK

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının 4-cü mərhələsi keçiriləcək

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının 4-cü mərhələsi keçiriləcək

“Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video

“Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video

4 rayonun bu ərazilərində qaz olmayacaq

4 rayonun bu ərazilərində qaz olmayacaq

Bakıda anbarda baş verən yanğın söndürüldü

Bakıda anbarda baş verən yanğın söndürüldü

Bu gün 31 dərəcə isti olacaq

Bu gün 31 dərəcə isti olacaq

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

İrəvan küçələrində peyda olan Fransa HƏRBİ TEXNİKALARI – Necə və nə vaxt GƏTİRİLİB? - ARAŞDIRMA

İrəvan küçələrində peyda olan Fransa HƏRBİ TEXNİKALARI – Necə və nə vaxt GƏTİRİLİB? - ARAŞDIRMA

İndi də bu ölkəni ABŞ-ın 51-ci ştatı elan etdi – FOTO

İndi də bu ölkəni ABŞ-ın 51-ci ştatı elan etdi – FOTO

Azərbaycanda bunu etmək qadağan olundu

Azərbaycanda bunu etmək qadağan olundu

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir?

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

İran ya razılaşma əldə edəcək, ya da “başladığımız işi bitirəcəyik” – Tramp

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

XIX əsrdə yox olan qədim göl, 130 il sonra yenidən ortaya çıxdı

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

“Mercedes-Benz” Berlindəki bütün salonlarını satıb

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

"Qanlı dərə"də meyiti tapılan Rəhim Mustafayevin FOTOSU

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

Sürücülərin NƏZƏRİNƏ: Alternativ yollardan istifadə edin

End of content

No more pages to load

RADİO