Yayda maskasız gəzəcəyik? - “Prezidentin Şuşadakı rəyi Operativ Qərargah üçün əsas olmalıdır”

Son iki həftədə Azərbaycanda epidemioloji durum sabitləşib. Artıq koronavirusdan sağalanların sayı yoluxanları üstələyir. Statistik rəqəmlərdən belə məlum olur ki, virusdan ölüm sayında da azalma müşahidə olunur. Hazırda ölkədə 12 mindən çox aktiv xəstə sayı var. Peyvənd olunanların sayı isə 2 milyona çatmayıb. 

Qarşıdakı aylarda ölkənin epidemioloji durumunun sabitləşəcəyi ilə bağlı proqnozlar verilir. Bəzi mütəxəssislərin bildirdiyinə görə isə payız aylarında virusa yoluxma yenidən sürətlənəcək və epidemioloji vəziyyət gərginləşəcək.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla birmənalı proqnoz verməyin çox çətin olduğunu deyib.

Həkimin sözlərinə görə bu günə qədər verilən proqnozların heç biri özünü doğrultmayıb:
 

“Hər halda səngimə baş verdikcə, karantin qaydaları da yumşaldılacaq. Şuşada prezidentin açıq havada maskasız gəzməklə bağlı rəyi Operativ Qərargah üçün də əsas olmalıdır.

 

Azərbaycanda çox paradoksal vəziyyət yaranıb. Restoran və iaşə müəssisələrində insanlar maskasız oturur.  Amma küçəyə çıxanda maska taxır. Tam absurd bir addımdır. Bu məsələyə də aydınlıq gətirilməlidir. Bundan əlavə toyların, yas və digər kütləvi tədbirlərin formatı müəyyənləşməli, karantin davranışlarına uyğun qaydalar formalaşmalıdır. Nə qədər ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın son zəngini vurmayıb, biz karantin davranışlarını bu və ya digər şərtlərlə gözləməyə məcburuq. İstənilən halda situasiyaya uyğun qərarlar veriləcək”. 

Professor virusun ikili mutasiyaya uğraması məsələsinə də toxunub. O, bildirib ki, mutasiya dünyada yayılmasa epidemiloji durum sabitləşəcək:

“Hindistan rəsmi şəkildə dördüncü dalğa ilə bağlı elan etsə də, ölkədən ziddiyyətli xəbərlər gəlir. Bəziləri deyir ki, oradakı məlumatlar şişirdilir, bəziləri isə baş verənlərin həqiqət olduğunu bildirir. Virusun ikili mutasiyaya uğraması faktoru var ki, bu barədə Hindistanın kifayət qədər nüfuzlu elmi tədqiqat müəssisəsi olan Genomika və İntoqrativ biologiya institutu elan edib.  Bu ştammların da konkret adları var - B167 və B168 İkili mutasiyadan virus xeyli dəyişilib.
 

Əgər bu mutasiya dünyaya yayılmasa, proses lokallaşsa, hesab edirəm ki, bu dalğa ilə da pandemiya sönməyə doğru gedə bilər”.


Qeyd edək ki, ötən ilin fevralından indiyədək Azərbaycanda 328 min 668 nəfər koronavirusa yoluxub.

Ümumi ölənlərin sayı 4 min 742 nəfərdir. Ölkədə vaksinasiya prosesinə bu il fevralın 18-dən start verilib. Həmin dövrdən indiyədək 1 milyon 748 min 525 nəfər peyvəndlənib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü

Rusiya ordusunda döyüşən azərbaycanlı itkin düşdü

“İçərişəhər” metrosundan istifadə edənlərin NƏZƏRİNƏ

“İçərişəhər” metrosundan istifadə edənlərin NƏZƏRİNƏ

Emoməli Rəhmon İlham Əliyevi TƏBRİK ETDİ

Emoməli Rəhmon İlham Əliyevi TƏBRİK ETDİ

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq? – RƏSMİ AÇIQLAMA

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq? – RƏSMİ AÇIQLAMA

Ermənistanın bahalı yanacaq BAZARI – Benzin neçəyə satılır?

Ermənistanın bahalı yanacaq BAZARI – Benzin neçəyə satılır?

Putin SSRİ-ni bərpa etmək istəyir? - Kremldən REAKSİYA

Putin SSRİ-ni bərpa etmək istəyir? - Kremldən REAKSİYA

Kamil Zeynallı: “Lazım olsa, ata adı yerinə anamın adını yazdıraram” - VİDEO

Kamil Zeynallı: “Lazım olsa, ata adı yerinə anamın adını yazdıraram” - VİDEO

Afrika Millətlər Kuboku: Açılış matçında Mərakeş qalib gəldi - VİDEO

Afrika Millətlər Kuboku: Açılış matçında Mərakeş qalib gəldi - VİDEO

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Rusiyanın iki qırıcı təyyarəsinin məhv edilməsinin ANBAAN VİDEOSU

Azad olunan ərazilərdə 12 şəhərdə quruculuq işləri APARILIR

Azad olunan ərazilərdə 12 şəhərdə quruculuq işləri APARILIR

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Bu ailələrə 200 manat birdəfəlik yardım VERİLƏCƏK

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Cevdet Yılmaz Zəfər parkında – FOTO

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi – SƏRƏNCAM

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Onlar üçün də həbsxana həyatı sona çatdı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Dələduzluğa görə həbs olunan Xəyal Həmidov da azadlığa buraxıldı – FOTO

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Şahin Şıxlınski ilə bağlı QƏRAR VERİLDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Rusiya Kiyevə 45 ukraynalını təhvil VERDİ

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Bu kəndlərə daha 32 ailə yola salındı – FOTO

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Daha üç klub “Qarabağ”ın legionerinə MARAQ GÖSTƏRİR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Bakıda 174 milyonluq qumar oyununun üstü açıldı – ŞOK DETALLAR

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə NÖVBƏTİ KÖÇ – FOTO

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Xorvatiya Prezidentindən İlham Əliyevə MƏKTUB

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

Amnistiyadan yararlananlar arasında yeniyetmələr də var – FOTOLAR

End of content

No more pages to load

RADİO