Azərbaycanlı youtuber Ceyhun Əsədov ötən gün yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Ceyhunun beyninə qan sızıb və əməliyyat olunub. Bir ay komada qalan youtuber Tovuzda müalicə alırdı.
Qeyd edək ki, Ceyhunun 37 yaşı var idi.
Bizim.Media