Gəncə şəhərində iki gün bundan əvvəl sirkə turşusu içən yaşlı kişi bu gün xəstəxanada dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, ölən şəxs 1936-cı il təvəllüdlü Ziyad Əli oğlu Məmmədovdur.
Qeyd edək ki, mayın 12-də Z. Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq bu gün səhər saatlarında Z. Məmmədov dünyasını dəyişib. 85 yaşlı kişinin hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media