Həftəsonu 400 şagird İMTAHAN VERƏCƏK

Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək. 

DİM-dən Bizim.Media-ya verilən məlumata görə, bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq. 

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb. 
 

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 


İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 2-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli: 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 
 

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 241, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 159 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 75 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək. 


İmtahanda 3 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli) şagird də iştirak edəcək.

Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçi təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

Ramzan Kadırovun anası Kanadanın sanksiya siyahısına düşdü - FOTO

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Leninin yaxın qohumu vəfat etdi

Leninin yaxın qohumu vəfat etdi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

“Avroviziya” şərhçilərimiz onlar olacaq

“Avroviziya” şərhçilərimiz onlar olacaq

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

20 günün əsgəri vəfat etdi

20 günün əsgəri vəfat etdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Ukrayna Rusiyanın təklifini rədd etdi

Ukrayna Rusiyanın təklifini rədd etdi

Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO

Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO

End of content

No more pages to load

RADİO